Milli Məclisdə saxta pullarla bağlı məsələ qaldırılıb

Milli Məclisdə Azərbaycan regionlarında ticarət şəbəkəsində saxta pulların istifadəsi ilə bağlı məsələ qaldırılıb.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Ziyad Səmədzadə danışıb.

“Bu yaxınlarda mən bir məsələnin şahidi oldum, istədim Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımova müraciət edim. Rayonların birində bir neçə yerdə mağazalarda ayrıca bölmə var ki, saxta pulların buraxılması ilə məşğuldurlar. Rayonda nəvəmə alış-veriş üçün 20 manat verdim, pulun qalığı kimi 450 manat qaytardılar. Pulların üstünə baxanda gördüm ki, “etibarsızdır” yazılıb. Gənclər, uşaqlar var, onlar aldana bilirlər. Bunlara nəzarət olunmalıdır”, – deyə Z.Səmədzadə bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button