Milli Məclisin nümayəndə heyəti Şimali Kiprə gedir

Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Şimali Kipr Türk Respublikasına səfər edəcək. Milli Məclisin beynəlxalq əlaqələr komitəsinin rəhbəri, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin başçısı Səməd Seyidovun rəhbərlik etdiyi heyət Şimali Kiprə sabah yola düşür. Nümayəndə heyəti hazırda Türkiyədə səfərdədir və ötən gün prezident Rəcəb Tayyib Ərdoğan heyət üzvlərini qəbul edib.

Türkiyə Böyük Millət  Məclisinin xarici əlaqələr komitəsinin rəhbəri Akif Çağatay Kılıc da Səməd Seyidovun rəhbərlik etdiyi heyətlə görüşüb. Türkiyə KİV-ləri xəbər verir ki, Kılıc Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin bu gün Ankarada, TBMM-də 15 iyul 2016-cı il hadisələrinə həsr edilmiş toplantıya qatılacağını, sabah iyulun 16-da isə Şimali Kiprə yola düşəcəyini bildirib. O, Azərbaycan nümayəndə heyətinin Şimali Kiprə səfərini “tarixi” adlandırıb.

 “Bu, Azərbaycan parlamentinin nümayəndə heyətinin Şimali Kiprə ilk tarixi səfəridir. Nümayəndə heyəti Şimali Kiprin azad olunmasının 47-ci ildönümü ilə bağlı keçirilən tədbirlərə qatılacaq və daha sonra iyulun 20-də Sülh və Barış günü tədbirlərində iştirak edəcək. Mərasimdə Türkiyə dövlət başçısı da iştirak edəcək. Biz bu mühüm addıma görə minnətdarıq. Bu, dünyaya mesajdır və Azərbaycan-Türkiyə qardaşlığının növbəti nümayişidir”,-Kılıc deyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button