Mirzoyan: Ermənistan hələlik NATO-ya daxil olmaq istəmir

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Argentinanın “Todos Noticias” telekanalına bildirib ki, Ermənistanın gündəmində hazırda NATO-ya üzvlük məsələsi yoxdur.

Jurnalist xüsusən də Ermənistanın NATO ilə daha sıx əlaqələr qurmağa hazır olub-olmaması ilə maraqlanıb, Mirzoyan cavab verib ki, artıq əməkdaşlıq var: “Biz sülhməramlıların Əfqanıstandakı əməliyyatlarında iştirak edirik, Kosovoda mövcudluğu artırırıq. Bu, əməkdaşlığın bir formasıdır”.

Avropa İttifaqına (Aİ) gəlincə, nazir Mirzoyan müsahibəsində ermənilərin, həqiqətən də, Avropa istəklərinin olduğunu vurğulayıb. O, Ermənistan baş nazirinin “Ermənistan Aİ-nin mümkün hesab etdiyi qədər Aİ-yə yaxın olmağa hazırdır” sözlərini xatırladıb.

Apreldə Ermənistan ilk dəfə olaraq Aİ ölkələrinin parlament sədrlərinin görüşündə iştirak edəcək.

İki həftə əvvəl Avropa Parlamenti Aİ ilə Ermənistan arasında münasibətlərə dair xüsusi qətnamə qəbul edib, Avropa Komissiyası və Aİ Şurasını Brüssellə əməkdaşlığı genişləndirməkdə Yerevanı dəstəkləməyə çağırıb.

Baş nazir o zaman siyasi və ictimai qüvvələri Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə reaksiya verməyə, Aİ-yə üzvlük gündəliyi ilə bağlı müzakirələrə başlamağa çağırıb.

Bununla belə, Milli Assambleyanın sədri ötən həftə bildirib ki, Ermənistan hazırda Aİ-yə üzvlük üçün ərizə verməyi nəzərdən keçirmir.

NATO-nun baş katibi təxminən 10 gün əvvəl Ermənistanda idi . Ermənistanın demokratik və islahatlar gündəliyindən danışan Yens Stoltenberq NATO-Ermənistan əməkdaşlığını da yüksək qiymətləndirib. Ermənistanın baş naziri qeyd edib ki, Yerevan NATO ilə əməkdaşlığın dərinləşməsində maraqlıdır.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button