Müxalifət saytlarının bloklanması davam edir

İkinci həftədir ki, hakimiyyət “Azadlıq” qəzeti, “Azadlıq” radiosu və “Meydan”TV İnternet kanalının saytlarına girişi bloklayıb.

Bununla bağlı heç bir açıqlama verilmir, halbuki xaricdə həmin saytlara giriş sərbəstdir.

İnternet sahəsində mütəxəssislər ya susur, ya da deyirlər ki, günahkar provayderlərdir, ya da hostinqdə problemin olduğunu bildirirlər.

Əhali isə bu cür maneələri aşmağın yolunu öyrənib. Belə ki, browsec.com kimi müvafiq proqramdan istifadə etməklə istənilən sayta asanlıqla daxil olmaq mümkündür.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button