Nərgiz Paşayeva Rusiyada da akademik seçildi

Lomonosov adına MDU-nun Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik Nərgiz Paşayeva fevralın 27-də Rusiya Təhsil Akademiyasının (RTA) üzvlərinin Ümumi yığıncağında Lomonosov adına MDU-nun rektoru, akademik V.A.Sadovniçinin təqdimatı ilə yekdilliklə RTA-nın akademiki (xarici üzv) seçilib.

Virtualaz.org Akademiyanın saytında yerləşdirilmiş məlumata istinadən xəbər verir ki, Akademiyanın yeni, o cümlədən xarici üzvləri maksimal dərəcədə şəffaf prosedurun gedişində müəyyən ediliblər – RF Mərkəzi Seçki Komissiyasının keçirdiyi ümumrusiya seçkilərində istifadı edilənə analoji olaraq səslərin hesablanmasının elektron vasitələrinin tətbiqi ilə bülletenlərlə gizli səsvermə yolu ilə seçki keçirilib.

Ümumi yığıncaqda 200 nəfərə yaxın görkəmli Rusiya və xarici ölkələrin alimləri, Akademiyanın üzvləri, RF Prezident Administrasiyasının, RF hökumətinin, federal nazirlik və idarələrin, RF Dövlət Dumasının nümayəndələri, RTA Himayədarlar şurasının üzvləri, görkəmli dövlət xadimləri və alimlər iştirak ediblər. Müzakirələrin əsas mövzusu Rusiya Təhsil Akademiyasının “Təhsil”, “Elm” milli layihələrinin gerçəkləşdirilməsində iştirakı, həmçinin RTA-nın perspektiv inkişaf planları və yaxın miqyaslı layihələr olub. Yığıncağın ikinci hissəsində Akademiyanın yeni üzvlərinin və onun idarəetmə orqanlarının nümayəndələrinin seçkiləri keçirilib.

Professor Nərgiz Paşayevadan başqa, RTA-nın xarici üzvləri qismində həmçinin Li-Yanki Hannelora (AFR və İsveçrə vətəndaşı) və Fransisko Pons (İspaniya və İsveçrə vətəndaşı) seçiliblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button