NATO Baş katibinin nümayəndəsi Azərbaycana gəlib

NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycana səfərə gəlib. Bunu o, tviter hesabında yazıb.

X.Kolomina Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Görüşdə ikitərəfli əməkdaşlıq, Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması üzrə danışıqların gedişatı müzakirə olunub.

X.Kolomina həmçinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Qeyd edək ki, mayın 23-də NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina İrəvana səfər edib. Səfər çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüş keçirib.

Mirzoyan və Kolomina Ermənistan-NATO əməkdaşlığı məsələlərini, eləcə də Cənubi Qafqazda təhlükəsizlik və sabitlik problemlərini müzakirə ediblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button