Nobeli Azərbaycana nə zaman gətirəcəyik?

Məşhur Nobel mükafatı haqqında iqtisadçı alim, ADR Hərəkatının sədri Qubad İbadoğlu maraqlı bir status paylaşıb. Statusda Nobel mükafatının indiyə qədər hansı ölkələrin təmsilçiliklərinə verildiyi haqqında qeydlər var. Qubad bəy statusunu bu cümlə ilə bitirir: “Təəssüf ki, Azərbaycanın adı hələ ki, nə bu xəritədə, nə də siyahıda yoxdur.” Elə statusa şərh yazanlar da bu məqama toxunublar – niyə “bizim də imzamız imzalar içərisində yoxdur”?!

Maraqlı sualdır, deyilmi? Azərbaycanın neft sərvətinin hesabına dünya səviyyəsində mükafat qurub elm məbədi yaradanlar olduğu halda, bizim özümüz niyə bu haqda heç düşünməmişik görəsən? İndi Nobeli və ya Nobelləri ittiham etməyə nə var ki? Kim bizim əlimiz-qolumuzu bağlayır ki, Azərbaycan adından möhtəşəm mükafatlar təsis etməyək? Kim bizə mane olur ki, dünya elm xəritəsinə biz də öz adımızı yazdırmayaq? Ya da kim bizə əngəl olur ki, Nobel mükafatına layiq görüləcək əsərlər və ixtiralar yaratmayaq? Varmı elə təhsil sistemimiz? Kim bizə mane olur ki, dünya səviyyəsinə çıxacaq beyinlər yetişdirəcək təhsil sistemi yaratmayaq? Biz nə edirik? Yaxşı olan nə varsa dağıdır, təhsil sisteminin vahidliyini pozur, ölkənin bütün intellektual kəsimini ölkədən çıxmağa məcbur edən bir rejim qururuq. Bununla Nobel mükafatı almaq olarmı? Yox, əlbəttə!

İnanırıq ki, Nobel mükafatında olan haqqımızı aldığımız günlər də gələcək! O günün Azərbaycanı üçün yaşamaq lazım!

 

ABŞ – 371
Böyük Britaniya-129
Almaniya-108
Fransa-68
İsveç-31
Yaponiya-27
İsveçrə-26
Rusiya-26
Kanada -25
Avstriya-21
Hollandiya-21
İtaliya-20
Polşa-14
Macarıstan-13
Danimarka-13
Norveç-13
İsrail-12
Avstraliya-12
Belçika -11
Cənubi Afrika Respublkası-11
Hindistan -10
Çin-8
İrlandiya-8
İspaniya-7 
Ukrayna-5
Çex Respublikası – 5
Misir-4
Türkiyə – 2
Belarus-2
İran-1

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button