O kimdir ki…

oktay_asadovSpiker: “Ələkram Hümbətov səviyyəsizin biridir, millətinə və ölkəsinə xəyanət edən adamdır”

Milli Məclisdin iclasında separatçı “Talış Muğan Respublikasının” lideri olmuş Ələkrəm Hümbətovun son günlər yayılan separat xarakterli və və xəyanətkar müraciəti də müzakirə mövzusu olub. Lerikdən olan deputat İqbal Məmmədov bildirib ki, təmsil etdiyi bölgənin insanları Ə.Hümbətovun bəyanatından qəzəbləniblər. O, Hümbətovu xəyanətkar adlandırıb. İqbal Ağazadə də bildirib ki, Ə.Hümbətov xəyanətkar missiya seçərək, Avropada tribunalar əldə edib mütəmadi Azərbaycana xalqına və dövlətçiliyinə qarşı separatçı, xəyanətkar müraciətlər səsləndirir və ölkəmiz əleyhinə kampaniya aparır. O, qeyd edib ki, Xarici İşlər Nazirliyi və Azərbaycan diasporu məsələni diqqətdə saxlamalı və ciddi tədbirlər görməlidir. “O, Avropanın verdiyi hüquqlardan istifadə edərək, Azərbaycanı parçalamağa yönəlik çıxışlar edir. Hökmən o bu addımlarına görə cəzalandırılmalıdır. Bununla bağlı beynəlxalq təşkilatlara müraciət olunmalıdır” – deyən deputat vurğulayıb ki, Ələkrəm Hümmətov xarici təşkilatların əlində oyuncağa çevrilib. Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, bəzi beynəlxalq təşkilatlar Ələkrəm Hümbətov kimilərini özləri axtarlb tapırlar. “Ümumiyyətlə, onun səviyyəsi yoxdur. O, Azərbaycana xəyanət etmiş adamdır, ona görə də, onun söylədiyi cəfəngiyyatlara münasibət bildirməyə dəyməz. O kimdir ki, ona qarşı kampaniyaya başlayaq?”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button