Oktay Əsədov Gülər Əhmədovadan izahat istədi
Azərbaycanda fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayevin deputat Gülər Əhmədova ilə bağlı yayımladığı video Milli Məclisin rəhbərliyini də hərəkətə gətirib.
MİA.az-a verilən məlumata görə, olayla bağlı spiker Oqtay Əsədov Gülər Əhmədova ilə görüşüb: «Görüşdə deputatdan hadisə ilə bağlı izahat istənilib».İddiaya görə, deputat israrla videonun montaj olunduğunu deyib. Amma Milli Məclisin sədrinin onun bu arqumentini özünüqoruma istəyi ilə əlaqələndirərək, Baş Prokurorluğun araşdırmasının nəticələrinə uyğun addım atacaqlarını dediyi bildirilir.
http://hurriyyet.net/2012/09/oqtay-%C9%99s%C9%99dov-gul%C9%99r-%C9%99hm%C9%99dovadan-izahat-ist%C9%99di/