Ölkəni “Qaz üsyanı” bürüyüb!

“Azəriqaz” prezidenti aldadır!

Buyurun, gündə bir xəbər. İndi də “Binəqədi rayonunda qaz üsyanı!” Gündə bir yerdən xəbər gəlir. “Qaz üsyanı!” Bu gün xaricdə kim eşitsə inanmaz. Azərbaycanda qaz üsyanları. Nəinki Respublikadan qıraqda, hec Respublikada da bu qaz əhvalatlarını eşidən inanmır. Axı qosqoca “Azəriqaz”in rəhbərliyi hələ 3-4 ay bundan qabaq prezidentə raport verdi ki, Bakının qaz təsərrüfatı qışa tam hazırdır. Bu qış guya Bakıda qazla hec bir problem olmamalıdır. Kim inansa da, əslində mən inanmırdım. Çünki artıq 6 aydır ki, Səbail rayonunun 20-ci sahə deyilən ərazisində qazı elə təzyiqlə verirlər ki, heç verməsələr, ondan yaxşıdır. Hara istəyirsən şikayət elə. Zatən daha hara şikayət olunmayıb?! Aşağıdan-yuxarı bütün qaz idarələrinə şikayət edilib. “104” qaynar xəttə belə…. Orada oturanlardan isə bir cavab alırsan: “Biz yazıb veririk, sonrası bizlik deyil”. Axı qardaşım, biz bu cavabları hər yerdən eşitmişik. Mən bir yazar kimi həmkarım olan “Azəriqaz”in mətbuat xidmətinin rəhbəri Kamandar bəyə dəfələrlə müraciət etmişəm. Amma …nə fayda.
Əsas odur ki, həftədə bir dəfə yaxşı təzyiqlə qaz verirlər, qalan günlər isə şam kimi yanan qaza baxıb ancaq köks ötürməkdən başqa bir şey əlimizdən gəlmir. Bu, onu göstərir ki, “Azəriqaz” istəyəndə əla işləyir. Amma heyf ki, istəmir. Məni isə düşündürən “Azəriqaz”in xalqla rəftarı deyiı. Xalq buna öyrəncəlidir. Ona görə də qaz üsyanları haqqında eşidirik.
Bəs görəsən, onlar prezidenti aldatmaq cürətini haradan alıblar? Axı haradasa bu qaz məmurlarının bir qorxusu olmalıdır. Amma deyəsən, yoxdur qorxu. Ona görə hər yerdə qaz üsyanı gözlənilir. Buyurun, bu yaxınlarda 20-ci sahədə də bu üsyan gözlənilir. Yazdılar, ANS-i çagırdılar, “104” xidmətinə, Səbail qaz idarəsinə şikayət etdilər, xeyri olmadı. Qabaqda sərt qış gəlir. Nə etməli? Ya prezidentə şikayət etməli, ya da dərdə çarə üçün yol bağlanmalıdır ki, bu yaxınlarda bir qrup sakin bu aksiyaya əl atacaqlarına söz veriblər. Deyəsən, “Azəriqaz”ı işləməyə məcbur etmək, Oqtay Daşdəmirov, Bibi-heybət yolu kücələrinə və Muxtarov qəsəbəsinə qazın təzyiqini qanunauyğun verməsini təmin etmək üçün son çarə bu aksiyalardır…

Nurəddin Xoca

“Xural” qəzeti
il: 9, sayı: 049(409), 09-15 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button