Oqtay Əsədov Elmar Vəliyevin oğlunu cəzalandırdı

Milli Məclis Aparatının 5 əməkdaşına töhmət verilib

 Milli Məclis Aparatının 5 əməkdaşına töhmət verilib. Modern.az saytının Milli Məclisdən əldə etdiyi məlumata görə, onlara işə gecikdiklərinə görə, töhmət élan olunub. Həmin işçilərin Milli Məclisin Aparat rəhbərinin xidmətində çalışdığı bildirilir. Milli Məclis aparatının töhmət alan əməkdaşlarından bir neçəsinin adı da açıqlanıb: Səyyad Kərimov, Ziya Səmədov, Fəxri Həsənov.

Qeyd edək ki, qəzetimizin ötən saylarında MM-in aparatında xeyli sayda məmur balasının işlədiyini və onların demək olar ki, işə gəlmədikləri barədə məlumat vermişdik. Bildirmişdik ki, MM aparatında Gəncənin icra başçısı Elmar Vəliyevin oğlu da işləyir. Lakin o işə gəlmir. Redaksiyamıza təqdim edilən siyahıda isə Oqtay Əsədovun cəzalandırdığı məmur balaları arasında E.Vəliyevin də oğlunun olub-oldmadığını öyrənə bildik. Məlum oldu ki, cəzalandırılanlar arasında E.Vəliyevin oğlunun da adı var.

“Xural” qəzeti,

il 9, sayı: 059 (468), 13 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button