Pənah Hüseyn: “…Hər şeyin bir əvvəli olduğu kimi bir sonu da var və hər son bir başlanğıcın əvvəlidir”-MÜSAHİBƏ

Pənah Hüseynin xural.com-a müsahibəsini təqdim edirik.

 

– Pənah bəy, keçən ilin sonlarından ölkədə, siyasi meydanda müşahidə olunan canlanma, hərəkətlilik yeni ilin ilk ayında bir qədər də yüksəlib. Nə baş verir?

-Hər şeyin bir əvvəli olduğu kimi bir sonu da vardır və hər son bir başlanğıcın əvvəlidir. Məncə ölkə, cəmiyyət inqilabi dəyişikliklər tələb edən situasiyanın, proseslərin içərisindədir, fəallaşmanın dərin kökləri vardır və onu yalnız siyasi müxalifətin mövcudluğu ilə bağlamaq doğru deyildir. Hətta sistem xarakterli sosail-iqtisadi, siyasi böhran anlayış-modeli də hər şeyi izah etmir. Bilirsiniz, ölkənin müstəqillik qazanmasından, 1993-cü il hadisələrindən 30 il keçmişdir və bu dövrdə həmin, habelə müstəqillikdən əvvəlki kommunist dövrü ilə, hadisələrlə bağlı olmayan, fərqli qavrayış və təsəvvürlərə malik olan təmamilə yeni nəsil böyümüşdür. Əslində, ən yeni dövrün periodik siyasi-sosial böhranlar tsiklinin 12-15 ildən ibarət olduğunu nəzərə alsaq Azərbaycanda bu fəallıq xeyli normadan kənara çıxmışdır, gecikmişdir. Yəni bu fəallaşmada sosial psixoloji faktor ciddi, hətta ola bilər ki, həlledici faktora çevrilmişdir. Kütləvi aksiyalarda gəncliyin hələ kifayət qədər görünməməsindən yanlış nəticələr çıxarmaq da lazım deyil. Ən mühümü isə bu yeni nəslin, bura 80-cı illərdə doğulmuşları da əlavə etsək işləyən təbəqədə çoxluq təşkil etmələridir. Hətta oliqarxların da övladları ataları kimi düşünmür və onlar kimi deyildirlər və dəyişim istəyirlər. Konkret versiyalara, daha doğrusu, subyektlər üstündən qurulan versiyalara gəldikdə isə Qarabağ Komitəsinin yaranmasının, fəaliyyətinin və aksiyalarının, daha sonra onun bir növ siyasi uzantısı kimi qavranılan Xalq hərəkatının, müxalifətdaxili paralel yapılanma cəhdlərinin ənənəvi siyasi müxalifətin fəallığını tətiklədiyini görməzdən gəlmək mümkün deyildir. Regionda baş verənləri, xüsusən Ermənistandakı Paşinyan inqilabının Azərbaycan qarşısında qoyduğu çağrıların təsirini kənara qoymaq olmaz.
Bu fəallaşmanın süni olması, iqtidardaxili siyasi oyunlardan qaynaqlandığı iddiası da var. Daha geniş yayılan və səsləndirilən versiya ondan ibarətdir ki, guya iqtidar daxilindəki köhnə komanda “İlham Əliyevin və 1-ci vitse prezidentin son dövrdə həyata keçirdiyi kadr dəyişikliklərinin, struktur islahatlarının, məmur oliqarx sistemini menecment idarə üsulu ilə əvəzetmə planının qarşısını almaq üçün” və həm də bu yolla oz mövqelərini, xalq dili ilə desək kreslolarını və gəlir mənbələrini qoruyub saxlamaq üçün, müxalifətin fəallaşmasında maraqlıdırlar , həm də ən radikal müxalifətçi imici olanların, konkret halda 1- ci şəxsin həm də subyektiv olaraq qəbul etmədiyi müxalifətin fəallaşmasında maraqlıdırlar. Hüquq-mühafizə, xüsusi xidmət, güç orqanlarının öz mövcudluqlarının zəruri olduğunu zaman-zaman əsaslandırmağa ehtiyac duymalaı faktorunu da diqqətə çatdırırlar.. və s. Mən şəxsən fəallaşmanın süni olmadığı qənaətindəyəm və hesab edirəm ki, bu ölkədə labüd , fundamental sosial, siyasi dəyişikliklər prosesinin əlaməti, təzahürü və hərəkət formasıdır, qüvvəsidir.

– Hakimiyyət Qarabağ Komitəsinin mitinqlərinə-özü də sırf Qarabağa azadlıq şüarı ilə keçirilən mitinqlərə icazə vermədi. Müsavatın siyasi məhbuslarla bağlı mitinqinə də razılıq verilmədi. Lakin Milli Şuranın mitinq üçün müraciətinə qısa zamanda müsbət cavab verildi. Sizcə nədən bu taktika seçilib? 

– Birincisi qeyd etməyi lazım bilirəm ki, mən bu sualın özünü baş verən proseslərlə bağlı ən əhəmiyyətli sual hesab etmirəm. Açığı, bir qədər də diqqəti əsas məsələlərdən, hədəflədən, prosesin mahiyyətindən yayındıran və ya belə məqsəd daşıyan sual hesab edirəm. Ancaq bir halda ki sual verilib gərək cavab da olsun.
Nə üçün Qarabağ Komitəsinə, Müsavat Partiyasının mitinq müraciətlərinə icazə verilmədi, AXCP (Milli Şura, Əli Kərimli) adına edilənə verildi? Əslində, bundan daha maraqlı və intriqa yüklü sual da verilə bilər. Necə oldu ki, 19 yanvara, yəni 20 yanvardan bir gün əvvələ! Çox risqli qərar olub! Mənim də iştirakçısı olduğum müzakirələrdə ən çox üzərində dayanılan bu moment idi. Bəziləri belə nəticə çıxarırdılar ki, hakimiyyət iri bir provokasiya hazırlayıb, 19 yanvarda nəsə iri bir fitnəkar hadisə törədiləcək, ya baş verəcək və 20 yanvarda bunun geniş şəkildə davamı labüd olacağından iri repressiyalr başlanacaq. Ancaq hakimiyyət niyə  onun üçün açıq aşkar xatalı olan belə bir addıma getsin? Deyilirdi ki, məsələn, Qarabağa dair təslimçi sülh müqaviləsi hazırlanır, buna qarşı qarşı ola biləcək kütləvi etirazların qarşısını almaq üçün proflaktika məqsədi ilə belə bir akt həyata keçrilə bilər, və ya hakimiyyət fəal müxalif , siyasi kəsimi müvəqqəti sıradan çıxarıb növbədənkənar parlament seçkiləri keçirmək istəyir və s. və i.a. Digər bir mülahizələr ondan ibarət idi ki, hakimiyyət daxilində hazırda qrup ziddiyyətləri kəskin olduğuna görə bir qruplardan biri aranın qarışmasında maraqlı ola bilər və nail olublar ki müvafiq qurumlar bu icazəni versin ki, təxribat törədilsin, baş qarışsın. Ölkəni qarışdırmaq istəyən xarici qüvvələrin iqtidardakı təsir agentləri vasitəsi ilə bu icazəni verdirib hadisə törədəcəkləri ehtimalından əməllicə həyəcanlananlar da var idi. Lakin 19 yanvar oldu, gözlənilən fitnəkarlıq, provokasiya olmadı və məlum oldu ki, yuxarıdakı versiyalar əsassızmış. Əlbəttə hər şeyə nəsə bir izah tapmaq olar. Məsələn deyilə bilər ki, son anda plan dəyişib. Ancaq bu ciddi qəbul oluna bilməz.
Sizin sualınıza qayıtsaq, ona ən dəqiqini müvafiq iqtidar vəzifəliləri cavab verə bilər, konkret informasiyaya malik olanlar. Mən iqtidar vəzifəlisi deyiləm və sualda ifadə etdiyiniz məsələ barədə də konkret informasiyam yoxdur.Odur ki, digərlərininki kimi, mənim cavabıma da  yalnız mülahizə, ehtimal, təhlil, dəyərləndirmə, ümumiləşdirmə, nəticə çıxarma kimi baxmaq lazımdır. İstisna deyil ki, təhlil nəticəsində irəli sürülən versiyalardan biri doğru cavab olsun. Mən 19 yanvar mitinqinin təşkilatçılarının izahı ilə qane olmaq tərəfdarlarındanam. Yəni, 19 yanvar mitinqinə müraciət Avropa Parlamentinin rəsmi saytında Mehman Hüseynovla, siaysi məhbuslarla bağlı müzakirələrin keçirilməsi barədə məlumat dərc olunduqdan sonra edilmişdi. Və sonra da Avropa Şurasında da bənzər müzakirələrin gedəcəyi barədə informasiya yayıldı. Ümumiyyətlə Ermənistanda Paşinyan inqilabından sonra Azərbaycan cəmiyəti və dövləti ilə yanaşı Azərbaycan  iqtidarı da  ciddi qeopolitik çağrılarla üzbəüzədir və buna hansısa formada cavablar tapmağa məcburdur. Mənim qəbul etdiyim odur ki, mitinqə müraciətin Avropa parlamentində müzakirələr haqqında məlumat günündən sonar verilməsi və mitinq günün də təxminən müzakirə günü ilə üst- üstə düşməsi   şəraitində iqtidarın əsəbləri davam gətirmədi və bir növ qırılma baş verdi. Bilirsiniz hər bir avtoritar rejim əvvəl axır elə bir vəziyyətlə üzləşir ki, o nə edirsə, hətta hərəkətsizlik də edirsə bu onun zərərinə işləməyə baçlayır, “səhv” olur. İndi 19 yanvara mitinqə icazə verilməsi zahirən bu iqtidarın səhvi və ya iqtidarda kiminsə səhvi kimi görünür. Ümumiyətlə indi hamıya  birdən – birə məlum oldu ki, Mehman Hüseynova ikinci cinayət işi açmaqla iqtidar, habelə bu addımı kim təklif edibsə “səhv” edib. Sonra bu “səhv”lərin düzəldilməsinə başlanır və məlum olur ki, bu da növbəti bir səhvdir. Dünən, prezidentin Mehman Hüseynova qaldırılmış cinayət işini nəzarət götürməsi və Prokurorluğa tövsiyələri əlbəttə ki, bir tərəfdən vəziyyətdən çıxış kimi uğurlu gediş sayıla bilər, bəkə də yeganə, yaxud ən optimal uğurlu gediş idi, və yəqin ki belədir. Lakin bu həm də iqtidarın nə deyilir- deyilsin geri çəkilməsi idi və onun opponentlərini və onların tərəfdarlarını ruhlandıracaqdır, yəni həm də müxalifətin uğurudur. Deməli “səhvdir”! Mən 19 yanvara icazəni də bu qəbildən olan “səhv”lərdən biri hesab edirəm. Hər halda iqtidarda kimsə, bu “səhv”i edib. Lakin İki sonra Milli Şuraya “kütlələri idarə edə biləcəyini sübut edənə qədər” mitinq keçirməyə qadağa tövsiyələri səsləndi. Bu da növbəti bir “səhv”dir. Əgər 26 yanvar mitinq müraciətinə icazə verilsə, də , verilməsə də hər iki variantda məlum olacaq ki “səhv edilib” Vəziyyət belədir! Yəni rejim özü -özünü inkar edə bilməsə, yəni yuxarıdan inqilab olmasa , rejimxarici faktorlar tərəfindən inkar edilir, yəni aşağıdan inqilab baş verir.

– Avropa Şurası Parlament Assambleyasının qız sessiyasından iki gün öncə müxalifətin Bakıda mitinq keçirməsinin əslində hakimiyyətə də sərf etdiyi və buna görə aksiyaya razılıq verildiyi barədə iddialar irəli sürülür. Bu iddialarda həqiqət payı varmı?

– Yuxarıda dedim ki, bu amil heç şübhəsiz hakimiyyət daxilində bu məsələ müzakirə edilərkən nəzərə alınıb. Yəni həqiqət payı var. Lakin, nə olur olsun 19 yanvar mitinqindən müxalifətin cox ciddi güçlənməsi də faktdır. Cəmiyyət elə bir kritik həddə gəlib ki, repressiyalar nəinki fəallığı dayandırır, səngidir, təmamilə əks təsirə, daha doğrusu bu fəallığı artıran amilə çevrilə bilər. Gəlin həbsxanaları dolduraq şüarının son günlərdə hər yerdə səslənməyə başlandığı eşidilir. Bu proses başladığı andan iqtidar ən ciddi təzyiq, təsir vasitəsindən, həbs, təqib, işgəncə xofundan məhrum olacaq .

– 19 yanvar mitinqində kütləviliyin o cür olacağı əvvəldən gözlənilən idimi? Burada əsasən Mehman Hüseynov faktorunun və Avropa Parlamentinin cəmi iki gün öncə Azərbaycanda insan haqları ilə bağlı keçirdiyi müzakirə və qəbul etdiyi sənədin rol oynadığı iddia edilir. Sizcə bu amillərin təsiri oldumu?

– 19 yanvar mitinqi Məhsul stadionunda keçirilən mitinqlərin ən böyüyü oldu. Məncə mitinqə o qədər adam gələcəyi iqtidar və 19 yanvar mitinqinə icazə tərəfdarları üçün gözlənilməz olub. Və iqtidar texnoloqları ən az zərəri onda görürlər ki, bunu təşkilatçıların, konkret halda Milli Şuranın və Əli Kərimlinin nüfuzu, yaxud kütlələrin hakimiyyətdən narazılığı ilə , siyasi tələblərin müdafiə olunması ilə yox Mehman Hüseynovun şəxsi ilə əlaqələndirsinlər. Mehman Hüseynovun gənc, populyar bir bloger olması, gənclərin əksəriyyət təşkil etdiyi 200 minlik bir sosial şəbəkə səhifəsinə malik olduğu, aclıq aksiyası keçirməsi əlbəttə ki, 19 yanvar mitinqində müstəqil təsir amilləri idi. Ancaq əsas səbəbin cəmiyyətdə siyasi dəyişim istəyinin təzahürü olduğu heç kimdə şübhə doğurmamalıdır. Mən kim Mehman Hüseynovla bağlı mitinq keçirsəydi o qədər adam gələrdi mülahizəsi ilə qətiyyən razı deyiləm. Əlbəttə ki, 19 yanvar mitinqinin o şəkildə alınmasında son 6 ayda həm də müxalifət daxilində hətta Əli Kərimliyə opponentlik edənlərin də apardığı işin təsiri olmamış deyil .  Bilirsiniz, siyasi proseslərdə də bir şans deyilən amil var. Lakin məncə şansın kimə düşməsində də bir qanunauyğunluq görməyə dəyər.

– İştirak etdiyiniz mitinqlərdə adətən Siz çıxış edirsiniz. Bu mitinqdə nədən çıxış etmədiniz?

– Mən heç də bütün mitinqlərdə çıxış etməmişəm. Bu mitinqdə də çıxış etmək istəyim və niyyətim olmayıb və təşkilatçlardan da belə təklif almamışam.

– Qarabağ Komitəsinin planında mitinq varmı?

– Qarabağ Komitəsinin hələ keçən ilin dekabr ayında 26 yanvarda mitinq keçirmək qərarı vardı. Sonra Qarabağ Komitəsi üzvlərinin də bir qrupunun qoşulduğu “Xalq hərəkatı” prosesi bu müraciətin edilməsini təxirə saldı. Bu həftənin 3-cü günü bu məsələnin müzakirəsi olacaq. Aydındır ki, müraciət olacaqsa məlum səbəbdən 26 yanvara olmayacaq.

– Qarabağ məsələsinin həlli üçün hansısa prosesin getdiyi söylənir. Siz bu barədə hansı qənaətdəsiniz?

– Mən 93- cü ilin iyunundan sonra Qarabağın azad olunması, və silahlı münaqişənin bitirilməsi üçün ikinci ən əlverişli şəratin yarandığı qənaətindəyəm. Bunun üçün Azərbaycan cəmiyyətinin bütünlüklə Qarabağın azadlığı məsələsinə səfərbər edilməsinə ehtiyac vardır. Qarabağ Komitəsinin bu məsələ ilə bağlı tədbirlər planı vardır. Problem təkcə hərbi, qeopolitik deyil, həm də siyasidir.

– Növbədənkənar parlament seçkilərinin olacağı barədə xəbərlər yayılır. Gözləniləndirmi? Olacaqsa, müxalifət olaraq qatılacaqsınızmı? Müxalifət seçkiyə hazırdırmı?

– Hətta indiki qeyri bərabər, antidemokratik seçki vəziyyətində də müxalifət seçicilərin əhəmiyyətli bir hissəsinin səsini ala bilər və həmişə də alıb. Mən nəzəri olaraq seçkilərdə iştirak tərəfdarıyam. Ancaq doğrusu, 80- cı illərdən sonra ilk dəfədir ki, seçki olsa iştirak edəcəm mövqeyində deyiləm. Vəzyyəti dəyərləndirərək qərar qəbul edilməsi tərəfdarıyam. Bir neçə il qabaq söylədiyim tezisin indi də aktual olduğu qənaətindəyəm. Məsuliyyəti və hakimiyyəti bölüşmək lazımdır. Lakin bu tezis bəzilərinin güman etdiyi və ya qələmə verdiyi kimi yalnız iqtidara ünvanlanmamışdır, seperat sövdələşməni nəzərdə tutmur və demokratik, bərabər rəqabətli seçkini, və şübhəsiz, əlbəttə ki, siyasi razılaşmaları ehtiva edir.

Bu fəallaşmanın süni olması, iqtidardaxili siyasi oyunlardan qaynaqlandığı iddiası da var. Daha geniş yayılan və səsləndirilən versiya ondan ibarətdir ki, guya iqtidar daxilindəki köhnə komanda “İlham Əliyevin və 1-ci vitse prezidentin son dövrdə həyata keçirdiyi kadr dəyişikliklərinin, struktur islahatlarının, məmur oliqarx sistemini menecment idarə üsulu ilə əvəzetmə planının qarşısını almaq üçün” və həm də bu yolla oz mövqelərini, xalq dili ilə desək kreslolarını və gəlir mənbələrini qoruyub saxlamaq üçün, müxalifətin fəallaşmasında maraqlıdır , həm də ən radikal müxalifətçi imici olanların, konkret halda 1- ci şəxsin həm də subyektiv olaraq qəbul etmədiyi müxalifətin fəallaşmasında maraqlıdırlar. Öz mövcudluqlarının zəruri olduğunu zaman-zaman əsaslandırmağa ehtiyac duyan hüquq-mühafizə, xüsusi xidmət, güç orqanlarının faktorunu da diqqətə çatdırılar.. və s. Mən şəxsən fəallaşmanın süni olmadığı qənaətindəyəm və hesab edirəm ki, bu ölkədə labüd , fundamental sosial, siyasi dəyişikliklər prosesinin əlaməti, təzahürü və hərəkətverici qüvvəsidir.

– Hakimiyyət Qarabağ Komitəsinin mitinqlərinə-özü də sırf Qarabağa azadlıq şüarı ilə keçirilən mitinqlərə icazə vermədi. Müsavatın siyasi məhbuslarla bağlı mitinqinə də razılıq verilmədi. Lakin Milli Şuranın mitinq üçün müraciətinə qısa zamanda müsbət cavab verildi. Sizcə nədən bu taktika seçilib? 

– Birincisi qeyd etməyi lazım bilirəm ki, mən bu sualın özünü baş verən proseslərlə bağlı ən əhəmiyyətli sual hesab etmirəm. Açığı, bir qədər də diqqəti əsas məsələlərdən, hədəflədən, rrosesin mahiyyətindən yayındıran və ya belə məqsəd daşıyan sual hesab edirəm. Ancaq bir halda ki sual verilib gərək cavab da olsun.
Nə üçün Qarabağ Komitəsinə, Müsavat Partiyasının mitinq müraciətlərinə icazə verilmədi, AXCP (Milli Şura, Əli Kərimli) adına edilənə verildi? Əslində, bundan daha maraqlı və intriqa yüklü sual da verilə bilər. Necə oldu ki, 19 yanvara, yəni 20 yanvardan bir gün əvvələ! Çox risqli qərar olub! Mənim də iştirakçısı olduğum müzakirələrdə ən çox üzərində dayanılan bu moment idi. Bəziləri belə nəticə çıxarırdılar ki, hakimiyyət iri bir provokasiya hazırlayıb, 19 yanvarda nəsə iri bir fitnəkar hadisə törədiləcək, ya baş verəcək və 20 yanvarda bunun geniş şəkildə davamı labüd olacağından iri repressiyalr başlanacaq. Ancaq hakimiyyət nə üçün onun üçün açıq aşkar xatalı olan belə bir addıma getsin? Deyilirdi ki, məsələn, Qarabağa dair təslimçi sülh müqaviləsi hazırlanır v. Buna qarşı qarşı ola biləcək etirazları proflaktika məqsədi ilə bu akt aparıla bilər. Və ya hakimiyyət fəal müxalif , siyasi kəsimi müvəqqəti sıradan çıxarıb növbədənkənar parlament seçkiləri keçirmək istəyir və s. Digər bir qrup mülahizələr ondan ibarət idi ki, hakimiyyət daxilində hazırda qrup ziddiyyətləri kəskin olduğuna görə bir qrup aranın qarışmasında maraqlı ola bilər və nail olublar ki müvafiq qurumlar bu icazəni versin ki, təxribat törədilsin, baş qarışsın. Ölkəni qarışdırmaq istəyən xarici qüvvələrin iqtidardakı təsir agentləri vasitəsi ilə bu icazəni verdirib hadisə törədəcəkləri ehtimalından əməllicə həyəcanlananlar da var idi. Lakin 19 yanvar oldu, gözlənilən fitnəkarlıq, provokasiya olmadı və məlum oldu ki, yuxarıdakı versiyalar əsassızmış. Əlbəttə hər şeyə nəsə bir izah tapmaq olar. Məsələn deyilə bilər ki, son anda plan dəyişib. Ancaq bu ciddi qəbul oluna bilməz.
Sizin sualınıza qayıtsaq, ona ən dəqiq müvafiq iqtidar vəzifəliləri cavab verə bilər, konkret informasiyaya malik olanlar. Mən iqtidar vəzifəlisi deyiləm və sualda ifadə etdiyiniz məsələ barədə də konkret informasiyam yoxdur.Odur ki, digərlərininki kimi, mənim cavabıma yalnız mülahizə, ehtimal, təhlil, dəyərləndirmə, ümumiləşdirmə, nəticə çıxarma kimi baxmaq lazımdır. İstisna deyil ki, təhlil nəticəsində irəli sürülən versiyalardan biri doğru cavab olsun. Amma bir halda ki, mənə bu sualı verirsiniz mən də cavabımı verim. Mən 19 yanvar mitinqinin təşkilatçılarının izahı ilə qane olmaq tərəfdarlarındanam. Yəni, 19 yanvar mitinqinə müraciət Avropa Parlamentinin rəsmi saytında Mehman Hüseynovla, siaysi məhbuslarla bağlı müzakirələrin keçirilməsi barədə məlumat dərc olunduqdan sonra edilmişdi. Və sonra da Avropa Şurasında da bənzər müzakirələrin gedəcəyi barədə informasiya yayıldı. Ümumiyyətlə Ermənistanda Paşinyan inqilabından sonra ciddi qeopolitik çağrılarla üzbəüzədir və buna hansısa formada cavab tapmağa məcburdur. Mənim qəbul etdiyim odur ki, Avropa parlamentində müzakirə ilə eyni gündə üst- üstə düşməsi şəraitində iqtidarın əsəbləri davam gətirmədi və bir növ qırılma baş verdi. Bilirsiniz hər bir avtoritar rejim əvvəl axır elə bir vəziyyətlə üzləşir ki, o nə edirsə, hətta hərəkətsiz lik də edirsə bu onun zərərinə işləməyə baçlayır. Zahirən bu iqtidarın səhvi və ya iqtidarda kiminsə səhvi kimi görünür. Məsələn birdən – birə məlum oldu ki, Mehman Hüseynova ikinci cinayət işi açmaqla iqtidar, ya bu addımı kim təklif edibsə “səhv” edib. Sonra bu “səhv”lərin düzəldilməsinə başlanır və məlum olur ki, bu da növbəti bir səhvdir. Dünən, prezidentin Mehman Hüseynova qaldırılmış cinayət işini nəzarət götürməsi və Prokurorluğa tövsiyələri əlçəttə ki, bir tərəfdən vəziyyətdən çıxış kimi uğurlu gediş sayıla bilər, bəkə də yeganə, yaxud ən optimal uğurlu gediş idi, və yəqin ki belədir. Lakin bu həm də iqtidarın nə deyilir- deyilsin geri çəkilməsi idi və onun opponentlərini və onların tərəfdarlarını ruhlandıracaqdır, yəni həm də müxalifətin uğurudur. Mən 19 yanvara icazəni də bu qəbildən olan “səhv”lərdən biri hesab edirəm. Hər halda iqtidarda kimsə, bu “səhv”i edib. Lakin İki sonra Milli Şuraya “kütlələri idarə edə biləcəyini sübut edənə qədər” mitinq keçirməyə qadağa tövsiyələri səsləndi. Bu da növbəti bir “səhv”dir. Əgər 26 yanvar mitinq müraciətinə icazə verilsə, də , verilməsə də hər iki variantda məlum olacaq ki “səhv edilib” Vəziyyət belədir! Yəni rejim özü -özünü inkar edə bilməsə, yəni yuxarıdan inqilab olmasa , rejimxarici faktorlar tərəfindən inkar edilir, yəni aşağıdan inqilab baş verir.

– Avropa Şurası Parlament Assambleyasının qız sessiyasından iki gün öncə müxalifətin Bakıda mitinq keçirməsinin əslində hakimiyyətə də sərf etdiyi və buna görə aksiyaya razılıq verildiyi barədə iddialar irəli sürülür. Bu iddialarda həqiqət payı varmı?

– Yuxarıda dedim ki, bu amil heç şübhəsiz hakimiyyət daxilində bu məsələ müzakirə edilərkən nəzərə alınıb. Yəni həqiqət payı var. Lakin, nə olur olsun 19 yanvar mitinqindən müxalifətin cox ciddi güçlənməsi də faktdır. Cəmiyyət elə bir kritik həddə gəlib ki, repressiyalar nəinki fəallığı dayandırır, səngidir, təmamilə əks təsirə, daha doğrusu bu fəallığı artıran amilə çevrilə bilər. Mən gəlin həbsxanaları dolduraq şüarının son günlərdə hər yerdə səslənməyə başladığını eşidilir. Bu proses başladığı andan iqtidar ən ciddi təzyiq vasitəsindən, həbs, təqib, işgəncə xofdan məhrum olacaq .

– 19 yanvar mitinqində kütləviliyin o cür olacağı əvvəldən gözlənilən idimi? Burada əsasən Mehman Hüseynov faktorunun və Avropa Parlamentinin cəmi iki gün öncə Azərbaycanda insan haqları ilə bağlı keçirdiyi müzakirə və qəbul etdiyi sənədin rol oynadığı iddia edilir. Sizcə bu amillərin təsiri oldumu?

– 19 yanvar mitinqi Məhsul stadionunda keçirilən mitinqlərin ən böyüyü oldu. Məncə mitinqə o qədər adam gələcəyi iqtidar və 19 yanvar mitinqinə icazə tərəfdarları üçün gözlənilməz olub. Və iqtidar texnoloqları ən az zərəri onda görürlər ki, bunu təşkilatçıların, konkret halda Milli Şuranın və Əli Kərimlinin nüfuzu, yaxud kütlələrin hakimiyyətdən narazılığı ilə , siyasi tələblərin müdafiə olunması ilə yox Mehman Hüseynovun şəxsi ilə əlaqələndirsinlər. Mehman Hüseynovun gənc, populya bir bloger olması, gənclərin əksəriyyət təşkil etdiyi 200 minlik bir sosial şəbəkə səhifəsinə malik olduğu, aclıq aksiyası keçirməsi əlbəttə ki, 19 yanvar mitinqində müstəqil təsir amilləri idi. Ancaq əsas səbəbin cəmiyyətdə siyasi dəyişim istəyinin təzahürü olduğu heç kimdə şübhə doğurmamalıdır. Mən kim Mehman Hüseynovla bağlı mitinq keçirsəydi o qədər adam gələrdi mülahizəsi ilə qətiyyən razı deyiləm. Əlbəttə ki, 19 yanvar mitinqinin o şəkildə alınmasında son 6 ayda həm də müxalifət daxilində hətta Əli Kərimliyə opponentlik edənlərin də apardığı işin təsiri olmamış deyil . Lakin bilirsiniz, siyasi proseslərdə də bir şans deyilən amil var. Lakin məncə şansın kimə düşməsində də bir qanunauyğunluq görməyə dəyər.

– İştirak etdiyiniz mitinqlərdə adətən Siz çıxış edirsiniz. Bu mitinqdə nədən çıxış etmədiniz?

– Mən heç də bütün mitinqlərdə çıxış etməmişəm. Bu mitinqdə də çıxış etmək istəuim və niyyətim olmayıb və təşkilatçlarda da belə təklif almamışam.

– Qarabağ Komitəsinin planında mitinq varmı?

– Qarabağ Komitəsinin hələ keçən ilin dekabr ayında 26 yanvarda mitinq keçirmək qərarı vardı. Sonra Qarabağ Komitəsi üzvlərinin də bir qrupunun qoşulduğu “Xalq hərəkatı” prosesi bu müraciətin edilməsini təxirə saldı. Bu həftənin 3-cü günü bu məsələnin müzakirəsi olacaq. Aydındır ki, müraciət olacaqsa məlum səbəbdən 26 yanvara olmayacaq.

– Qarabağ məsələsinin həlli üçün hansısa prosesin getdiyi söylənir. Siz bu barədə hansı qənaətdəsiniz?

– Mən 93- cü ilin iyunundan sonra Qarabağın azad olunması, və silahlı münaqişənin bitirilməsi üçün ikinci əlverişli şəratin yarandığı qənaətindəyəm. Bunun üçün Azərbaycan cəmiyyətinin bütünlüklə Qarabağın azadlığı məsələsinə səfərbər edilməsinə ehtiyac vardır. Qarabağ Komitəsinin bu məsələ ilə bağlı tədbirlər planı vardır. Problem təkcə hərbi, qeopolitik deyil, həm də siyasidir.

– Növbədənkənar parlament seçkilərinin olacağı barədə xəbərlər yayılır. Gözləniləndirmi? Olacaqsa, müxalifət olaraq qatılacaqsınızmı? Müxalifət seçkiyə hazırdırmı?

– Həta indiki qeyri bərabər, antidemokratik seçki vəziyyətində də müxalifət seçicilərin əhəmiyyətli bir hissəsinin səsini ala bilər və həmişə də alıb. Mən nəzəri olaraq seçkilərdə iştirak tərəfdarıyam. Ancaq doğrusu, 80- cı illərdən sonra ilk dəfədir ki, seçki olsa iştirak edəcəm mövqeyində deyiləm. Vəzyyəti dəyərləndirərək qərar qəbul edilməsi tərəfdarıyam. Bir neçə il qabaq söylədiyim tezisin indi də aktual olduğu qənaətindəyəm. Məsuliyyəti və hakimiyyəti bölüşmək lazımdır. Lakin bu tezis bəzilərinin güman etdiyi və ya qələmə verdiyi kimi yalnız iqtidara ünvanlanmamışdır, seperat sövdələşməni nəzərdə tutmur və demokratik, bərabər rəqabətli seçkini, və şübhəsiz, əlbəttə ki, siyasi razılaşmaları ehtiva edir.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button