PCR testi, yoxsa pasport?

Şahmar Mövsümov, xaricə gedən Azərbaycan vətəndaşlarının hansı halda PCR testi verəcəyini də açıqlayıb: “Azərbaycandan çıxış zamanı, xarici ölkəyə getdikdə iki tələb mövcuddur.

Bunun birincisi Azərbaycanın öz tələbi, ikincisi isə getdiyi ölkənin tələbidir. Əgər Azərbaycan vətəndaşı ölkədən çıxırsa və peyvənd olunubsa, onun PCR testi verməyinə ehtiyac yoxdur.

Əgər peyvəndi yoxdursa, onun PCR testinə ehtiyacı var. Amma bununla yanaşı getdiyi ölkə PCR testi tələb edirsə, o zaman istər vaksinasiya olunan, istərsə də olmayan hər kəs mütləq qaydada PCR testi əldə etməlidir.

Çünki getdiyi ölkə onu qəbul etməyəcək”, – deyə o, əlavə edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button