“Publika.az” saytında mənzil bölğüsü QALMAQALI

Bir jurnalist saytı tərk etdi

Bu gün (artıq dünən – Red.) “Gündəlik Teleqraf” MMC-yə daxil olan “Publika.az” və “Teleqraf.com” saytlarında jurnalistlər üçün nəzərdə tutulan mənzillərin bölgüsü ilə bağlı səsvermə keçirilib. 

Xural.com Bizimxeber.az-a istinadən xəbər verir ki, yuxarıda adları çəkilən saytların əməkdaşları arasında narazılıq yaranıb.

KİVDF-nin elan etdiyi tələb və şərtlərə görə, mənzil sahibi olmaq istəyən jurnalistlər ən azı 3 il namizədliyini irəli sürdüyü redaksiyada işləməlidir. Lakin Aynur Camalqızının əvvəlcədən təyin etdiyi namizədlərdən olan Bəxtiyar Əlirzayevin bu şərtlərə cavab vermədiyi bəlli olub. Bütün bunlara baxmayaraq, Aynur Camalqızının onun adını da namizəd kimi irəli sürməsi iclasda narazılığa səbəb olub.

Məlumata görə, narazılardan biri uzun illərdir ki, “Publika.az” saytında jurnalist kimi çalışan Vasif Həsənli olub. V.Həsənli namizədlərdən Bəxtiyar Əlirzayevin göstəricilərinin şərtlərə uyğun olmadığını və onun cəmi 6-7 aydır ki, adıçəkilən saytda işlədiyini əsas gətirərək, onun namizədliyinin irəli sürülməsinə kəskin etiraz edib. Vasif Həsənli namizədlik bölgüsünün ədalətsiz olmasına etiraz edib və Publik.az-ı tərk edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button