Putin 11 generalı işdən qovdu

Rusiya Prezidenti Vladimir Putin 11 generalı tutduğu vəzifədən azad edib.

Xural.com yerli KİV-ə istinadən bildirir ki, Putinin sərəncamına əsasən, Rusiya Fövqəladə Hallar Nazirlinin 6, Daxili İşlər Nazirliyinin 4, İstintaq Komitəsinin isə 1 generalı işdən çıxarılıb.

Onların vəzifə səlahiyyətlərini icra edərkən nöqsanlara yol verdiyi bildirilir.

Məlumatda, həmçinin vurğulanır ki, Putin Daxili İşlər Nazirliyinin 16 zabitinə general-mayor və general-leytenant rütbələri verib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button