Q.Həsənquliyev: “Çalışırıq deyək ki, artımlar camaatın xeyrinədir…”

"Belə getsə, heç vaxt cari məsələlərdən danışmaq imkanımız olmayacaq..."

Deputat Qüdrət Həsənquliyev Milli Məclisin iclasında deyib ki, deputatları narahat edən bəzi məsələlər barədə çıxış etməyə hər zaman imkan olmur, çünki cari məsələlərlə bağlı 30 dəqiqəlik müddət yetərli deyil:

“30 dəqiqənin təyin olunması Quran ayəsi deyil ki… Rəhmətlik Murtuz müəllimin vaxtında biz hər həftənin 2-5-ci günləri toplanırdıq və hər kəsin çıxış etmək imkanı olurdu. İndi isə 10 nəfər danışdıqdan sonra çıxışlar kəsilir. Mən iki dəfədir yazılıram, amma söz növbəsi çatmır. Belə çıxır ki, eyni vəziyyət davam etsə, deputat olduğum dövrdə heş vaxt cari məsələlərlə bağl çıxış etmək imkanım olmayacaq”.

Q.Həsənquliyev, “biz pensiyaçıları da düşünməliyik deyib:

“Suyun qiyməti artmışdı, ardınca qazın, işığın qiyməti qalxdı. Bizə qiymət artımının səbəbi izah olunmur. Çalışırıq deyək ki, bu, camaatın xeyrinədir, bu artım israfçılığın qarşısını almaq məqsədi daşıyır. Ancaq hansı məqsədlə edilir-edilsin, qiymət qalxırsa, aztəminatlı ailələr bundan əziyyət çəkir. Ona görə də bu tipli məsələlər parlamentdə mütləq müzakirə olunmalıdır və monopolist dövlət təşkilatlarının qiymətləri qaldırmasını parlamenrt müəyyənləşdirməlidir, necə ki, rüsumları biz təsdiq edirik”.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button