Qarabağ Komitəsi: 16 fevrala mitinq təyin olundu, 8 maya Ümumrespublika Qarabağ Qurultayı
Xural.com xəbər verir ki, bu gün QAT-ın ofisində Qarabağ Komitəsinin (QK) növbəti tədbiri baş tutdu. Saat 11.00-da toplanan İdarə Heyətinin yığıncağından sonra 12.00-da QK-nin ümumi toplantısı keçirildi və mühüm qərarlar alındı. Gündəlikdə dayanan məsələlər aşağıdakılar idi:
1. Təşkilati məsələlər,
2. Qarabağ ətrafında baş vetən son hadisələr haqda məlumatın dinlənilməsi,
3. QK-nin 2019-cu il üçün Fəaliyyət Proqramının qəbul edilməsi,
4. 24 yanvar 2019-cu ildə KXCP-nin qərargahında baş tutacaq “Atəşkəs masası”nın müzakirə olunması,
5. QK-nin növbəti mitinqinin vaxtının müəyyənləşdirilməsi,
6. Cari məsələlər.
Ciddi və gərgin müzakirələrdən sonra QK bu qərarları qəbul etdi:
1. Elza Xudaverdiyeva yekdilliklə QK-nin üzvü seçildi,
2. Qarabağ ətrafında son baş verən hadisələr haqqında QAT sədri Akif Nağı, İlham İsmayıl, Pənah Hüseyn və başqaları çıxış etdilər və durumu dəyərləndirdilər.
3. QK-nın 2019-cu il üçün Fəaliyyət Proqramı ciddi müzakirələrdən sonra qəbul edildi. İl boyu keçiriləcək tədbirlərlə birlikdə qərara alındı ki, 2019-cu il mayın 8-də Ümumerspublika Qarabağ Qurultayı keçirilsin və bunun üçün İdarə Heyətinə bağlı yeni İşçi Qrup yaradıldı. 5 nəfərlik İşçi Qrupa Pənah Hüseyn, Akif Nağı, İlham İsmayıl, Tamilla Qulami və Əvəz Zeynallı daxil edildi.
4. 24 yanvar toplantısının keçirilməsi üçün lazımi tapşırıqlar verildi və geniş məruzənin hazırlanması QK İH üzvü Pənah Hüseynə həvalə edildi.
5. Müzakirələr nəticəsində QK-nın növbəti mitinqinin tarixi fevralın 16-na təyin edildi.
Müzakirələrdə Qarabağ ətrafında yaranan gərgin və təhlükəli vəziyyət müzakirə edildi, təhlükə anında milli müqavimətin yolları və təşkil olunması haqqında fikirlər səsləndirildi. QK-nın yığıncağında qəbul olunan qərarlar ətrafında aparılan geniş müzakirələrdə iclasa sədrlik edən Taleh Aliyev, Panah Huseyn, Evez Zeynalli, Akif Nağı, Rövşən Öntürk, Ramiz İbayev, Barat İmani, İlham İsmayıl, İsgəndər Həmidov, Tural Abbaslı, Şaiq Süleymanov, Əlövsət Sadıqlı, Sahib Musayev, İlqar Əli, Nazim Quliyev, Sahib Kerimli və digərləri çıxışlar etdilər. QK toplantısının sonunda Komitə üzvləri “Xural” qəzetinin internet kanalında canlı brifinq keçirdilər.
Xural.com