QAT sorğuya başladı…

akif nağıQarabağ Azadlıq Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən məcburi köçkünlərin hüquqlarına dair layihənin həyata keçirilməsinə başlayıb. İlk olaraq məcburi köçkünlərin arasında sorğu keçirilir. Sorğunun Bakı və Bakıətrafı məntəqələrdə, Ağdam, Bərdə, Tərtər, Gəncə, Ağsu, Şəki, Cəlilabad, Naftalan bölgələrində məskunlaşmış məcburi köçkünləri əhatə edəcəyi, 1000 nəfərin arasında aparılacağı nəzərdə tutulur. Anket-sorğuda “Erməni işğalı nəticəsində hansı yaxınlarınızı itirmisiniz?”, “Sizə hansı maddi ziyan dəymişdir?”, “Hansı erməni vəhşiliklərinin şahidi olmuş və ya eşitmisiniz?”, “Sizin haqqınızın pozulmasına beynəlxalq təşkilatların reaksiyasını necə qiymətləndirirsiniz?”, “Torpaqların hansı yolla azad olunacağına inanırsınız?” kimi suallara cavab verilməsi təklif olunur. Sorğunun bir ay ərzində yekunlaşdırılması, nəticələrin ümumiləşdirilməsi, sonra isə Azərbaycan ictimaiyyətinə, dövlət qurumlarına və beynəlxalq təşkilatlara çatdırılması nəzərdə tutulur.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button