ReAL Partiyasının Məclis və struktur rəhbərləri seçilib

ReAl Hərəkatı

Partiya Məclisinin ilk iclası keçirilib

İyulun 29-da Respublikaçı Alternativ Partiyasının (ReAl) I Məclisinin iclası keçirilib. İclasda partiyanın strukturlarına – partiya Məclisinin başqanı, partiyanın İdarə Heyətinin üzvləri, Məclisin katibi və komitələri təsis edilərək rəhbərləri seçilib.

Azər Qasımlı partiya Məclisinin başqanı seçilib.

Natiq Cəfərli – icra katibi, Erkin Qədirli – xarici əlaqələr katibi, Xalid Bağırov – hüquq və seçki katibi, Rəsul Cəfərov – insan haqları və humanitar katib, Toğrul İsmayılov – insan resursları katibi seçilib.

Partiya Məclisinin katibi – İnara Manafova seçilib. Məclisin xarici siyasət komitəsinin başqanı – Mübariz Rəhimli, İqtisadi Siyasət Komitəsinin başqanı – Zöhrab İsmayıl, Təhlükəsizlik Komitəsinin başqanı – Cəsur Sümərinli, Hüquq Siyasəti Komitəsinin başqanı – Vəfa Rüstəm, Sosial Siyasət Komitəsinin başqanı – Toğrul Vəliyev seçilib.(meydantv)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button