Rudenko: “3+3” formatın yaradılması təşəbbüsü Türkiyə və Azərbaycan liderlərinə məxsusdur…

“Rusiya Xarici İşlər Nazirliyi Transqafqaz üzrə “3+3” formatında görüş məsələsinin tezliklə həllinə ümid edir”. Xarici İşlər nazirinin müavini Andrey Rudenko bildirib ki, bütün tərəflərin razılığını almaq lazımdır.

Rusiya ümid edir ki, Transqafqaz üzrə “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan – Rusiya, Türkiyə, İran) görüşün keçirilməsi “qısamüddətli” məsələdir. Bu barədə cümə günü TASS-a Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

“Bu məsələlər işlənərkən bütün tərəflərin razılığını almaq lazımdır. Nəticə əldə olunanda onun harada keçiriləcəyini açıqlayacağıq. Ümid edirik ki, bu, qısamüddətli məsələdir”, – deyə o, müvafiq suala cavab verib.

Rudenko qeyd edib ki, üç Qafqaz respublikası və Rusiya, İran və Türkiyənin iştirakı ilə Gürcüstan üçün “3+3” formatında görüş Tbilisi bu cür müzakirələrdə iştirak etməyə hazır olduğunu bildirənə qədər qalacaq. “Biz gürcülərin bu prosesdə iştirakına tam açığıq. Ona görə də belə bir görüş baş tutarsa, o zaman bu 6 dövlətin paytaxtlarından birində görüşün keçirilməsi planlaşdırılıracaq. Əgər Gürcüstan gəlməyə hazır olduğunu təsdiqləməsə. Gürcüstanın kürsüsü boş qalacaq. Gürcüstan buna qoşulmaq zərurəti hesab edəndə, ​prosesin eyni tamhüquqlu iştirakçısı olacaq”.

Yüksək səviyyəli diplomat qeyd edib ki, bu formatın yaradılması təşəbbüsü Türkiyə və Azərbaycan liderlərinə məxsusdur.

“Bu iki ölkənin prezidentləri bu fikri “3+3” formatında – üç Transqafqaz ölkəsi, Rusiya, Türkiyə, İran – toplaşmaq və son hadisələr kontekstində regiondakı ümumi vəziyyəti müzakirə etmək üçün səsləndiriblər. Təbii ki, son hadisələr regiondakı mənzərəni dəyişdi və biz birtəhər yeni reallığa uyğunlaşmağa çalışırıq. Bu, obyektiv reallıqdır, onu olduğu kimi qəbul etmək lazımdır”, – deyə Rudenko qeyd edib.

O, Moskvanın bu təşəbbüsü perspektivli hesab etdiyi üçün dəstəklədiyini izah edib.

“Bu, perspektivli ideyadır – region ölkələrini masa arxasında bir araya gətirməkdir, çünki regional problemləri həll edənlər məhz onlardır”, – Rusiya xarici işlər nazirinin müavini fikrini tamamlayıb.

Bundan əvvəl Azərbaycan və Türkiyə liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Qarabağ üzrə altıtərəfli əməkdaşlıq formatı təşəbbüsü ilə çıxış ediblər. İran bu ideyanı alqışlayıb və regionda sülhün möhkəmləndirilməsi üçün addımlar atmağa hazır olduğunu bəyan edib. Ermənistanın baş naziri Nikol Paşinyan isə öz növbəsində bəyan edib ki, bu format ATƏT-in Minsk qrupu kimi mövcud formatları əvəz etməsi, digər regional layihələr kimi İrəvan üçün də maraqlıdır.

Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani noyabrın 19-da parlamentdə çıxışı zamanı bildirib ki, Tbilisi “3+3” formatında iştirak etməyi planlaşdırmır. Oktyabrın əvvəlində Zalkaliani hesab edirdi ki, Rusiya Federasiyası ilə münasibətlərdəki çətinliklərə baxmayaraq, “Gürcüstan bu cür iri geosiyasi layihələrdə ən azı hansısa formada təmsil olunmalıdır”. Daha sonra Gürcüstan Xarici İşlər Nazirliyinin Strateji Kommunikasiyalar Departamenti nazirin bu açıqlamasını təkzib edərək, bunu medianın şərhi adlandırıb.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button