Rusiya XİN: Diqqət Ermənistanla Azərbaycan arasında əlaqələrin bərpasına yönəlib…

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva regionda sabitliyin möhkəmləndirilməsi üçün bütün mümkün addımları atır. Rusiya tərəfinin diqqəti Ermənistanla Azərbaycan arasında ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafına yönəlib.

Bunu bu gün brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova noyabrın 26-da Soçidə Rusiya, Ermənistan və Azərbaycan liderlərinin iştirakı ilə gözlənilən üçtərəfli görüşlə bağlı sualı cavablandırarkən deyib.
Zaxarovanın qeyd etdiyi kimi, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin sammit görüşlərini şərh etmək Rusiya Federasiyası Prezidentinin administrasiyasının səlahiyyətindədir:
“Deyə bilərəm ki, biz regionda sabitliyin möhkəmləndirilməsi və dinc həyatın bərqərar olması üçün bütün mümkün addımları atırıq. Təbii ki, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına və inkişafına xüsusi diqqət yetirilir”.
Zaxarova həmçinin bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın 2-3-də Stokholmda keçiriləcək ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında iştirak edəcək. Görüş zamanı digər məsələlərlə yanaşı, Dağlıq Qarabağdakı vəziyyət də müzakirə olunacaq.

Xatırladaq ki, rəsmi Yerevan Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın Rusiya və Azərbaycan prezidentlərinin iştirakı ilə noyabrın 26-da Soçidə keçiriləcək üçtərəfli görüşdə iştirakı ilə bağlı məlumatı təsdiqləyib. Bundan əvvəl dekabrın 15-də Brüsseldə Ermənistan və Azərbaycan liderlərinin danışıqları barədə məlumat yayılıb.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button