Səfir: “Azərbaycanın Gürcüstanla quru sərhədini açacağına ümid edirik”

“Azərbaycanın Gürcüstanla quru sərhədini açacağına ümid edirik”.

Bunu Bakıda keçirilən Azərbaycan-Gürcüstan biznes-forumunda qonşu ölkənin səfiri Zurab Pataradze bildirib.

O, həmçinin deyib ki, quru sərhədlərinin bağlı olması fonunda iki ölkə arasında aviasiya əlaqələri getdikcə artırılır və “Azərbaycan Hava Yolları” QSC (AZAL) gələn aydan etibarən Bakıdan Tbilisiyə həftədə 3 dəfə reyslər həyata keçirəcək.

Xatırladaq ki, Bakı-Tbilisi aviareyslərini AZAL-ın aşağı büdcəli törəməsi “Buta Airways” də gündəlik yerinə yetirir.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button