Səfir Londondan Budapeştə göndərildi

Tahir Tofiq oğlu Tağızadə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, İrlandiya Respublikasında, İslandiya Respublikasında və Danimarka Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Və Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncamlar imzalayıb.

Qeyd edək ki, Tahir Tağızadə hələ Böyük Britaniyada səfir olarkən onun ailəsilə bağlı korrupsiya faktına söykənən məlumatlar mətbuatda yer almışdı. Bildirilirdi ki, Azərbaycanın 2014-cü ildən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqaladə və səlahiyyətli səfiri olan Tahir Tağızadə iki il əvvəl Londonda xanımı Ülviyyə Tağızadənin adına ULVI PR&EVENTS LTD şirkətini təsis edib. Bu barədə jurnalist Cavanşir Həsənli araşdırma aparıb.

Onun araşdırmalarına görə, 2018-ci il iyunun 5-də qeydiyyatdan keçirilmiş şirkətin adı bir ay sonra dəyişdirilərək UX PR & EVENTS LTD adlandırılıb. Şirkətin hüquqi ünvanı öncə Tağızadələrin London, Porchester Terrace 53-də kirayə etdikləri 9 otaqlı evdə, daha sonra Fulham Road 352-də yerləşib.
Cavanşir Həsənli həmçinin qeyd edir ki, Ülviyyə Tağızadə İngiltərədə ictimai fəaliyyətlə məşğuldur və Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycanlı Qadınlar Assosiasiyasının rəhbəridir, vaxtaşırı xarici şirkətlərin maliyyə dəstəyilə layihələr həyata keçirir.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button