“Siyasət meydanı”-003-də kritik müzakirə: “Biz bu ordu ilə düşməni əzə bilərikmi?”-VİDEO

Xural TV-nin layihəsi olan “Siyasət meydanı” verilişinin 3-cü hissəsi dünən – 26 iyun 2019-cu ildə canlı yayında efirə gedib. Əvəz Zeynallının aparıcısı olduğu verilişdə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn iştirak edib. 1 saat 24 dəqiqə davam edən yayında son günlər ölkənin siyasi gündəminə dayanan məsələlər müzakirə olunub. Bu mövzular sırasında Qarabağ Komitəsində yaranan kritik vəziyyət, iclasların sönük keçməsi və onun səbəbləri, bəzi insanların siyasi mənsubiyyətə görə qrup şəklində toplantılarda iştirak etməmələri, Azərbaycan Silahlı Qüvvələr gününü qeyd olunması, “biz bu ordu ilə düşməni əzə bilərikmi” sualının cavabı da olub. Milli Ordunun yaradılma günü ilə bağlı Prezident İlham Əliyevin ayrıca müraciət etmədiyi, xanım Birinci vitse-prezident Mehriban Əliyevanın isə məxsusi təbrik mətni yaydığı da müzakirə olunan mövzular sırasında olub.

Son günlərin çəpər-divar-hasar məsələsi, hasarın kimə aid olduğu, Cavid Qurbanovla bir əlaqəsinin olub-olmadığı da müzakirə mövzusu olub. 3-cü verilişdə daha bir çox məsələlər haqqında müzakirələr olub.

Xural.com “Siyasət meydanı” 003-ü təqdim edir:

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button