“Space TV” ilə əməkdaşlıq edən aparıcı dələduzluq edib ölkədən qaçdı – FOTOLAR

Müqavilə əsasında Space ilə əməkdaşlıq edən prodakşın rəhbəri dələduzluqla bağlı axtarışa verilib.

BAKU.WS xəbər verir ki, axtarışa verilən şəxs “Elif media” şirkətinin rəhbəri Ağayev Vüqar Həsənağa oğludur. O, bir zamanlar “Xəzər TV”-nin əməkdaşı olub, “Space TV”-də yayımlanan “İşimiz var”, indi isə “Yerimdəyəm” və “Praym şok” verilişlərinin layihə rəhbəri idi. 2017-ci ildən etibarən insanlardan dövlət rüsumu adı ilə pul alıb, işə düzəldəcəyini söz verib, lakin sözünə əməl etməyib. 6-7 ay ərzində 500-dən çox adamı aldadıb. Bəzilərindən “Space TV”-yə işə düzəltmək adı ilə pul alıb. O, özünü “Spase” kanalının əməkdaşı kimi təqdim edən adamlarla birlikdə işbirliyi qurub və bir çoxlarından işə düzəltmək adı ilə pul alblar, lakin sözlərinə əməl etməyiblər. Zərərçəkənlər pullarını geri istədikdə isə “bu gün, sabah verərəm” deyərək vaxtı uzadıblar. Bundan əlavə, Vüqar Ağayev ayrı-ayrı şəxslərin adına kompüter, telefon kreditə götürüb. Hətta bir zamanlar “Space TV”-də yayımlanan “20lik realiti şou”-nun sponsoru tərəfindən qalibinə veriləcək 2 otaqlı evi satıb. 19.07.2018-ci il tarixində isə ölkəni tərk edərək qaçıb. Onun Gürcüstana qaçdığı ehtimal olunur. Təxmini hesablamalara görə, 500000 AZN-dən çox pul mənimsəyərək qaçıb. Son nəticə olaraq, zərərçəkənlər aidiyyatı polis bölməsinə gedərək şikayət ərizələri yazıblar.

BAKU.WS saytı məsələ ilə bağlı telekanalın məsul əməkdaşı ilə əlaqə saxlayıb. Telekanalın əməkdaş faktı təsdiqləyərək, Vüqar Ağayevin ölkəni ötən həftə tərk etdiyini vurğulayıb.

“Spase” telekanalının rəhbərliyi məsələ ilə bağlı açıqlama yayıb. Musavat.com-a verilən xəbərdə bildirilir: “Məlumat üçün bildiririk ki, əvvəlllər “Space” telekanalına layihələr təqdim edərək, müqavilə əsasında verlişlər istehsal etmiş, “Azərbaycan Media qrup” təşkilatının rəhbəri Ağayev Vüqar Həsənağa oğlunun barəsində ayrı-ayrı vətəndaşlar tərəfindən onun qanuna zidd hərəkətləri haqqında məlumatlar daxil olmağa başlamışdır. Vətəndaşların yazdığı ərizələrdən görünür ki, o “Space” telekanalının və başqa təşkilatların adından sui-istifadə edərək qanunsuz hərəkətlərə yol vermişdir. “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan respublikası qanununa uyğun olaraq həmən ərizələr “Space” telekanalı tərəfindən aidiyyatı üzrə hüquq-mühafizə orqanlarına göndərilmişdir. Həmən ərizəni sizə təqdim edirik.




Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button