“Space”nin canlı efirində oynamaqdan imtina edən aparıcı işdən qovuldu
Prezident mükafatçısı olan istedadlı teleaparıcı Əkbər Əlizadə “Space” kanalını tərk etdi
Mətbuatda “Space” TV daxilində baş verən hadisələrin işıqlandırılması kanalın rəhbəri Vaqif Mustafayev və aparıcı Kəmalə Xəlilova tərəfindən hiddətlə qarşılanıb.
Son 5 ildə “Space” TV-yə rəhbərlik edən Vaqif Mustafayev hər bir əməkdaşının timsalında “satqın” görməyə başlayıb.
Adının gizli saxlanımasını tələb edən mənbə bildirir ki, kanaldaxili çəkişmələr artıq son həddə çatıb. Ailəsini saxlamağa məcbur olan peşəkarların bir çoxu V.Mustafayevlə söhbətlərdən sonra, müvəqqəti olaraq gözləmə mövqeyi tutublar. Lakin kanal daxilindəki qeyri-sağlam abu-hava yenidən getdikcə gərginləşməyə başlayıb.
Əkbər Əlizadə nə üçün kanalı tərk edib?
Kanalın “Hər Səhər” proqramının aparıcısı Əkbər Əlizadə həmkarı və “Hər Səhər” proqramının redaktoru Kəmalə Xəlilova ilə sərt mübahisə etdikdən sonra, rəhbərlik tərəfindən “qara siyahı”ya salınıb və hədəfə götürülüb. Mənbənin verdiyi xəbərə görə, Kəmalə Xəlilova “Space”nin və burada efirə gedən verilişlərin reytinqini qaldırmaq üçün bütün qeyri-etik vasitələrə əl atır. Onun təsəvvüründə tamaşaçılar verilişlərə o zaman baxırlar ki, hamı ortaya düşüb oynasın. Oynamaq həvəsi olmayan veriliş iştirakçılarını, hətta yaradıcı heyəti oynamağa vadar edən K.Xəlilova istədiyinə nail olmadıqda, isterik şəkildə hamını təhqir etməkdən çəkinmir: “Abır-həyasını gözləyən hər kəs hamının yanında təhqir olunmamaq üçün məcburi qolunu qaldırıb, oynayır. Hətta verilişə jurnalist qismində qoşulan iştirakçılar da qol sallayır. Efir daha çox “palatka toyların”dan canlı reportaja bənzəyir. “Hər Səhər” verilişinin aparıcısı Əkbər Əlizadə isə K.Xəlilovanın bu “əmrinə” tabe olmayıb və oynamaqdan imtina edib. Onun bu təpkisi K.Xəlilova tərəfindən hiddətlə qarşılanıb və o Ə.Əlizadəni qeyri-etik sözlərlə təhqir etməyə başlayıb. Bir qədər sonra isə, V.Mustafayevin kabinetinə girib-çıxan K.Xəlilova Ə.Əlizadənin işdən qovulduğunu bildirib. Ə.Əlizadə özü belə bir televiziyada işləməyi “təhqir” sayıb və verilişi sonədək apararaq kanalı tərk edib. V.Mustafayev kollektiv qarşısında Ə.Əlizadəyə, “sən məşhurluğunla Kəmalə xanıma borclusan” deyib. Halbuki Əkbər Əlizadə çox istedadlı teleaparıcıdır və o uzun illərdir ki, Azərbaycanın bir çox mədəniyyət sahələrində fəaliyyət göstərib:
1995-ci ildən Dövlət səviyyəli konsert və tədbirlərin fəal aparıcısıdır. 2000-2006-cı illərdə Dövlət Filarmoniyasında da aparıcı vəzifəsində çalışıb.
2003-cü ildə “Space” kanalında “Meloman” verilişinin, 2006–2007-ci illərdə “AzəriStar” müsabiqəsinin aparıcısı olub.
2006-cı ildən “Planet parni iz Baku” KVN teatrının aktyoru, həm də aparıcısıdır.
2008-ci ildə Xəzər kanalında “Gülüş ulduzu” müsabiqəsinin və “komediya səhnəsi” verilişinin aparıcısı olub.
2008-ci ildə Prezident mükafatına layiq görülüb.
2009-cu ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.
2011-ci il yanvar ayından “Space” MTRŞ-nin “Hər səhər” proqramının aparıcısı olub.
K.Xəlilova isə tamaşaçıların yaddaşında kobud, qarşısındakı veriliş iştirakçılarına hörmətsiz müraciətlərilə yadda qalıb. Ona görə də V.Mustafayevin sözləri əməkdaşlar tərəfindən istehza ilə qarşılanıb.
Günel Həsənzadə hədəfdən yayına bildi
Bu hadisədən bir müddət əvvəl K.Xəlilova “Space”nin bir çox verlişlərinin, o cümlədən “Banu” verilişinin aparıcısı, Günel Həsənzadə ilə heç bir səbəb olmadan dava-dalaş salaraq, ona təhqiramiz ifadələr işlətmişdi. Əməkdaşların bu hadisəyə birmənalı yanaşması, kanalda səmimi münasibətdə olduqları Günel Həsənzadənin yanında olduqlarını nümayiş etdirmələri V. Mustafayevin onu televiziyadan qovmasına mane olmuşdu.
Qeyri-etik davranış, yoxsa tələbkarlıq
K.Xəlilovanın kanal daxilindəki davranışı əməkdaşlar üçün işgəncəyə çevrilib. İllərdir bu sahədə peşəkarlıqları ilə məşhurlaşan insanlar çalışırlar. K.Xəlilova isə “ANS məktəbi”nin nümayəndəsidir. Onun üçün jurnalist peşəkarlığından daha çox, insanların əsəblərini yerindən çıxarmaq sərf edir. Belə bir adamın hikkəli şəkildə kollektiv üzvləri ilə “əmirvaki” davranması əməkdaşların əsəblərini tarıma çəkir. Bu haqda dəfələrlə kanalın rəhbəri V.Mustafayevə şikayət edilib. Lakin V.Mustafayev bu sayğısızlığı “tələbkarlıq” kimi dəyərləndirib.
Mənbəmiz deyir ki, tələbkarlıq həm də o yerdə güclü ola bilər ki, televiziya üzərinə düşən bütün öhdəlikləri yerinə yetirsin. Əvvəllər Etibar Babayev, son 5 ildə isə Vaqif Mustafayev kanala gələn milyonlarla vəsaiti mənimsədilər. Bir dənə də olsun yeni aparatura yoxdur. Əlimizi nəyə atırıq sınıq-salxaqdır. Çəkilişlərdə digər kanalların hansı texnika ilə işlədiklərini görəndə bizi xəcalət təri basır.
“Space” kanalı 1997-ci ildə yaranıb. O zaman AzTV-nin köhnə texnikası ilə baza yaradan kanalda, həddindən artıq cüzi dəyişikliklər gedib. 16 ildə eyni avadanlıqlarla, montaj stolu, kamera, mikrafonla işləmək olar? Yaponlara desən gülərlər. Vaqif Mustafayev kanalın reytinqini qaldırmaq istəyirsə, mənimsədiyi pullara yeni avadanlıqlar alsın, daha Kəmalənin söyüşləri onu bu arzusuna çatdırmayacaq.
“Həyat davam edir” mi?
Artıq davam etmir. “Space”də yayımlanan bu veriliş insanların öz problemlərini ictimailəşdirərək, ondan çıxış yollarını aramaq məqsədilə yaradılıb. Lakin verilişin qonaqları hər çəkilişdən sonra özlərini təhqirolunmuş və alçaldılmış hiss edərək, kanalı tərk edirlər. Verilişdən-verilişə insanların könüllü olaraq ona qatımaq istəyi artıq ölüb. Prodüsserlər də naəlac qalıblar, heç kəs verişdə çəkilmək istəmir. K.Xəlilova kanala üz tutan zavallı insanların problemlərini çözmək əvəzinə, yaş həddi tanımadan onların üzərinə bağırır, ağsaqqal və ağbirçək adamlara ağıl (?!) verdiyini düşünür. Verilişin avtomatik olaraq dayanmasına baxmayaraq, ona rəhbərlik tərəfindən xüsusi diqqət var. Veriliş üçün məxsusi olaraq mikroavtobus alınıb, onun üzərinə “Həyat davam edir” loqosu yazdırılıb, sürücü ayrılıb. “Space”nin həyətində çürüməyə məhkum olsa da bu mikroavtobusdan başqa kimsənin istifadə etməsinə imkan verilmir. Mənbəmiz deyir ki, K.Xəlilova özünü elə aparır ki, sanki kanal ona atasından miras qalıb. Kimdən xoşu gəlmirsə, dərhal işdən qovdurur. “Hər Səhər”in yaradıcı heyətində nə qədər ağıllı və istedadlı adam varsa, onları işdən çıxartdırıb. Yerinə ona “sözdaşıyan” adamları qoyub. Bütün kanalın yaradıcı qrupunu səviyyəsiz “öz adamları” ilə əvəz etdirir. Əvvəlcə verilişi, indi isə bütün kanalı idarə edir. Nə qədər istedadlı aparıcı var, min bəhanə ilə onları işdən çıxartdırıb. Elə bilir ki, bunun hərəkətlərini başa düşən yoxdur. Hər yerdə özünü birinci görmək üçün min əmələ əl atır. Onun bu hərəkətləri V.Mustafayev tərəfindən böyük məhəbbətlə qarşılanır.
“Space” kanalının açılışında hörmətli prezidentimizin bacısı Sevil xanım Əliyeva şəxsən iştirak edib və kanalın yaradıcı heyətinə uğurlar arzulamışdı. İndi başa düşə bilmirik, kanal kimindir – Sevil xanım Əliyevanın, yoxsa haradan gəldiyi bəlli olmayan K.Xəlilovanın?
Kanal sanki hər gün partlamağa hazır olan vulkana bənzəyir. Bu gedişlə ciddi dəyişiklik olmasa, əməkdaşlar bir daha etiraz aksiyası keçirib, prezidentə kütləvi olaraq şikayət edəcəklər. Tələb də bu olacaq – ya K.Xəlilova işdən çıxmalıdır, ya da kanalı idarə etməyi bacarmayan V.Mustafayev istefa verməlidir.
Məqalədə adı çəkilən V.Mustafayev və K.Xəlilovanın da mövqeyini yayımlamağa hazırıq.
EKBER ELIZADENI butun Azerbaycan tamashacisi taniyir ve sevir.o neinki savadli aparici hem de cox istedadli aktyordur.Ekber taninanda hec SPACE TV yox idi…Bu ne cefengiyyatdir? biabirciliqdir!!!! tvleri savadsiz,seviyyesizler buruyub,ona gore de Ekber kimi yerini bilen ve senetini qiymetlendiren insanlar onlarin arasinda ola bilmezler! yaxshi edib gedir ordan!!!
Vaqif Mustafayev gozel rejissordu, ves salam. Kemalede yeginki aktrisadi. Space guclu reforma gerekdir, men bunu ele 2008-ci ilde demiwdim.
Men de Spacedeki problemler haqqinda dostumdan eshitmishem. Yazilanlar tam heqiqetdir. Kemale oralari idare edir. Deyesen vaqifin ………dir. Agsaqqal kishidir ….mir!!!
size day sozum yoxdu Vaqib Kemale
Men space televiziyasinin emekdasiyam. Yazilanlari oxudum cox teessuf ki yazilanlar dogrudur. Kemale space gelennen telekanali ele kecirdib. Emellibasdi at oynadir. O cur dahi rejissorumuz Vaqif muellimin de aglini basinnan alib sanki. Herseher verlisinde iwcilerine zulm edir tehqir edir alcaldir. Heyat davam edir verlisinin cekilisi zamani ise sanki zaman durur spacede. Sesi qisqirigi spacenin divarlarini titredir. Istediyi iscini isden cixartdirir. Vaqif muellime onun tek sozu bes edir. Onuncun wexsi kabinet montaj otagi ucun xususi LSD televizor qoyulub.ama basqa montaj otaglarinda komputerler zornan isliyir materiallar zornan yigilir. Cekilislerde stativler xarabdi izalentnen iplernen birteher stativleri baglayiblar ki mohkem dayansin ama ne care..kameralar kohneldiyinnen rengler bir birlerine qarisir butunbunlar canli efir vaxti da gorsenir. Amma en teze ela stativ ve kameralar kemale xanimin heyat davam edir verlisine gonderilir.SPACE BATIR ARTIQ. Maaslarimiz vaxti vaxtinda verilmir. 200-250 manat maksimum maas alir isciler onsuzda. Hami aile dolandirir. Bu maas ele yol pulumuza gedir. Bu azmis kimi bu maasa birxeyli isimizden artiq isler yukleyirler ki isleyin.essey kimi isleyirik200 manat maasa.ozude stata da salinmayib 70 faiz iwci. Amma Kemale Xelilova ayda1000 manat maas alir ozude Vaqif muellimin goz bebeyidir. Deyendede deyir ki Kemale xanim isdiyir siz yox. Bu Allahdandi? ALLAH GORUR DAHA HEC NE DEMIREM.
menim qardashim da 7-8 il tapdigi sponsorlarin pullari ile spase yedirtdi amma onu shtata goturmediler. Sonda o da aciq eledi
ayyy ayyy ayyy,ayib ayib,oxuduqca dehsete gelirem,neujeli bunlari oxuyan yoxdur?yada oxuyub vaqif muellime catdiran yoxdur?oyan vaqif muellim,oyan,yaziqdir,isciler,qiyma onlara,hami aile dolandirmaq ucun ordadir
Hec gozlemezdim Ekber bey cox yaxsi insandi neynedi ki axi Ekber beyi gorun nece nefer cox sevir siz Space tvi alduz Her Seher verilinde
EKBER BEYİ hami cox sevir siz Space tvi Ekber beyi alduz bizden qaytarun Ekber beyi Her Sehere biz Ekber beyden başqasin istemirik biz tek Ekber beyı isteyirik
SEVIL XANIM ELIYEVA goresen niye sessiz qalir axi bunlara? Bu xalq yiyesizdir meyer? lap yazigim geldi ordaki iscilere. Vopse 250 manata da islemek olar aile dolandirmaq olar? Her sey od qiymetinedir biyabrciliqdi valla. Ayib olsun AR OLSUN VAQIFE DE KEMALEYEDE !!!
Kemale xelilova isden azad edilmelidir mence!!!
vaqif mustafayev mutləq getməlidi. lazimi orqanlara şikayət etmək lazimdır. biz demokratik ölkədə yaşayırig və bizə diktator və kəmalenin timsalında politsay lazım deyil. pavlik morozovlardan çoxdan canımız qurtarıb. istefaaaaa!!!!!!!
Bu günün tamaşaçısı çox tələbkardır. ,Həm də diqqətlidi, həm də ağı qaradan seşməyi bacarandı. Bu gün tamaşaçıların gözlədiyi və ailəlikcə oturub baxa bildiyi kanallar sırasında birincilərdəndi Space .Burda xalqına və dövlətinə sədaqətlə xidmət edən rəhbərlik və əməkdaşlar çalışır.Bu isə bəzilərinin qanını qaraltmaqdadır, ona görə də müəyyən qarayaxma ilə məşğul olmaqdadılar. Bu kanalın bir- birindən maraqlı və əhatəli verilişlərinə baxmaq və xalqa qarşı olan sayğısını görməmək korluq əlamətidi.. Ölkənin hər bölgəsini qarış-qarış, ev-ev gəzən, qədim- adət ənənələri unudulmasını qarşısını alan toy- düyünlərdə iştirak etməklə sevinclərinə şərik olmaq missiyasını boynuna götürən “Banu” , mədəniyyətimizin, incəsənətimizin qayğısına qalanları, layiqincə təbliğ edənləri göstərmək və xalqa tanıtmaq missiyasını üzərinə götürən “Mədəniyyət xəbərləri”, Hər il 100 minlərlə abuturiyentin hiss və həyəcanını onunla birgə yaşayayan “Abutiriyet” verilişinin Spacedə yayımlanması ona olan inam və etibarın bariz numinəsidi. Siyahını bir az da uzatmaq olar. Amma yetər. Azərbaycan tamaşaçısınin sevimli kanalı insanlara verdiyiniz sevgi və dəyərlələrlə işinizə davam edin. Unutmayin ki, bar gətirən ağaca daş atanların sayı çox olar. Qoy atsınlar, qolları yorulanandək. Bu sizə olan sevgi və gözləntini azaltmayacaq.
Avqustik qardasim haqlisan ama lazimi orqanlarin hec vecine de deyil bizcqara camaati minib capillar ancaq. Onlarin ne vecine…meyer yuxardakilar gormur bu olanlari isteseler encam cekerler ama etmirler. Mundar olkede yasayiriq!!!
Space kanali chox baximli reytingli sevilen kanal idi chox mehriban kollektivi vardi ishleyende hec kes bir birinden gorxmurdu rahat yaradici abu-hava vardi lakin dahi rejissor kanala rehber geldikden sonra diktator rolunu oynayir televiziya ishinden anlayishi olmayan Vagif Mustafayev beli etiraf edekki gozel kinorejissordur amma kino cekmek o demek deyil ki bu shexs rehber ola biler tedricen en peshakar ishcileri kenarlashdirib kecmishde onun filmlerinde rol oynamish ve ya asistent olmush insanlari ishe gebul etdi gunde bir gerar chixartdi gunde bir gayda goydu her an kimse hec bir sebeb olmadan ishden chixarila biler Space artig telekanali yox minalanmish saheni xatirladir Kemale xanima gelince goresen bu gadin … her bir isteyi anindaca yerine yetirilir istedadi ile mi celb edib yox onun geder bu olkede jurnalistler choxdur simasi ile celb edib ya ovsunlayib bu kishini bir sozle Kemale yox atom bobmasi he bu atom bobmasinin bir komekci raketide var balaca Aygun produsser adlanir bu ikisi Mustafayevi dushurdecekler ashagi onsuzda gozden hormetden dushub
Vagif Mustafayev kanalin texnikasini yenilemek ve ischilerin emek haglarini artirmag evezine kanalin butun pullarini oz filmlerine xercleyir hele bu azmish kimi rusiyadan agla sigmaz derece yuksek maashla rus mutexesizler celb edib kanalin pulunu sexsi menafeine saga ve sola sepir
Space onsuz da ele evvelceden shit kanal idi. Amma Abituriyent verilishine gore ona biraz hormetim var idi. İndi burada yazilanlari oxuduqdan ve orda chalishin bir yoldashla deqiqleshdirdikden sonra artiq bu speys kanalizasiyasina nifret edirem. Umumiyyetle ise gun erzinde speyse baxilmir chunki ya axmaq shou biznes ya da shit hind filmleri verirler
pul qudurdub bulari. gozleri hec ne gormur. nefslerinde bogulurlar
Ay Allah bu Kemale de bir sheye oxshaya bari.Qashqaldaqa oxshayir bunun elediklerine bax…Kishiler niye bele aqilsiz olur goresen?!
Sadece kemale vaqif mustafayevin 4 cu mesuqesidir
kemale vaqif awagi adamlardi cor cocuqdu
ELEKBER ELIZADE Seni bu xalq taniyir bilir, eşk olsun sene
Men şexsen bu kanala Günel Hesenzadeye göre baxiram ve o xanimi çox beyenirem.Onu bütün Azerbaycan sevir,heç kimin gücü çatmaz onu çıxara işlediyi yerden,çatarsada spaceye baxmaram ve öz etrafima da baxdirmaram,bu batmağa kifayet eder
BELE KANAL YANI VAR KEMALE NE VAXTDAN DIKTATOR BILMIRIK ZEHLEM GEDIR SUVENE OXSAYIR
Evveller nece maraglı, sevıyelı bır kanal ıdı. V. Mustafayev gelennen sonra çekdıyı sevıyesız kınolar kımı space de yaman gune qoydu. Indı bu kanalda mukayıl kımı düşüy, savadsız aparıcılar ıslıyır. Apardıgı verılıs palatka toyudu ya verılıs basa düşmey olmur. Rehberlıy deyısmese bu kanal bağlanmaga mecburdu.
cox pis