““Tərtər işi” ilə bağlı əsassız hay-küy yaratmaq absurddur”

Kamran Əliyevdən açıqlama...

Baş prokuror Kamran Əliyev bu gün Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra jurnalistlərə açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, K.Əliyev son günlər “Tərtər işi” ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

O qeyd edib ki, “Tərtər işi” ilə bağlı istintaq 2017-ci ildə aparılıb: “Müəyyən edilən konkret cinayət işləri ilə bağlı işlər başlanılıb, konkret şəxslərə ittihamlar elan edilib, müvafiq məhkəmə hökmləri çıxarılıb və bu iş Ali Məhkəməyə göndərilib. Bununla bağlı ictimaiyyətə ətraflı məlumatlar verilib. Bu işin ətrafında əsassız olaraq hay-küy yaratmaq absurddur”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button