Tayvanda güclü zəlzələ: ölənlər var

Aprelin 3-ü səhər saatlarında – Bakı vaxtı ilə 03:58-də Tayvanın şərq sahili yaxınlığında, Sakit okeanda 7.7 bal gücündə zəlzələ qeydə alınıb.

Hündürlüyü 3 m-ə çatan sunami təhlükəsi elan edilib.

Bunun son 25 ildə Tayvanda ən güclü zəlzələ olduğu bildirilir.
15 dəqiqə sonra da 6.6 bal gücündə ikinci zəlzələ baş verib.

Ümumilikdə, Tayvan Yanğınsöndürmə Xidmətinin məlumatına görə, bu adada maqnitudası 4-dən çox olan 11-dən çox yeraltı təkan qeydə alınıb.

İlkin məlumatlara görə, dörd nəfər ölüb, 97 nəfər yaralanıb. Dağıntıların olduğu bildirilir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button