“Trend” APA-nı yeyir…

vüsalə mahirqızıAPA-nın əməkdaşları kimdən, niyə və hara qaçırlar?!

XuralTAC-a daxil olan məlumata görə, APA-dan yarpaq tökümü davam edir. İnformasiyalı mənbənin bildirdiyinə görə, agentliyin qurulmasından bu tərəfə aparıcı müxbirlərdən biri olan İlhamə İsabalayeva APA-dan ayrılaraq “Trend” informasiya agentliyinə gedib. İlhamə İsabalayevanın APA-nın sosial xəbərlər şöbəsində aparıcı müxbir vəzifəsində çalışdığı bildirilir. Mənbə İlhamə xanımın işdən çaxmasını APA-nın yanlış və qeyri-ciddi xəbər siyasəti ilə izah edir: “İlhamə İsabalayeva “Trend” informasiya agentliyinə, üstəgəl, APA-dakı işinə gedib. Alacağı maaşda da heç bir artım yoxdur. Bu da onu göstərir ki, məsələ maddi olmaqdan çox mənəvidir və son zamanlar agentliyin mənəvi atmosferində problem var. Vüsalə Mahirqızının işçilərinə yuxarıdan aşağı baxması və onlara ciddi münasibət bəsləməməsi, eyni zamanda kadr sahəsində ard-arda yanlışlıqlar buraxması APA-nı çökmə nöqtəsinə gətirib.”

Xatırladaq ki, tanınmış jurnalistlərin APA-nı tərk etməsi yeni hadisə deyil. Bir müddət öncə APA-nın qurucularından Elbrus Ərud, Elnur Məmmədli və daha bir neçə qələm əhli agentlikdən ayrılmış, qafqazinfo.az xəbər portalını yaratmışdılar. Bir neçə həftə bundan əvvəl isə tanınmış dizayner və APA-nın qurucularından Seymur İsmayılovun 3 əməkdaşla birlikdə işdən ayrıldıqları xəbərləri yayılmışdı. İndi isə budur, daha bir qurucu ayrılır və eyni işə – amma “Trend”ə gedir.

XuralTAC

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button