Rəşad Məcid jurnalistləri şallaqlamağı təklif etdi

rəşad məcidBu gün Mətbuat Şurasında (MŞ) “Diffamasiya haqında” qanun müzakirə olunub

“Qafqazinfo”nun məlumatına görə, qurumun üzvləri bu qanunun icra edilməsi ilə bağlı müxtəlif mövqelər sərgiləyib. Onlardan bir qismi qanunun əleyhinə, bir qismi isə qanun leyhinə çıxış edib. Bəzi üzvlər əslində təhqirə görə cinayət məsuliyyətinin ləğv edilməsini nəzərdə tutan qanun layihəsinin qəbulundan narahatlıq ifadə ediblər. Bunun cəzasızlıq yaradacağından çəkindiklərini bildiriblər.

Mətbuat Şurasının üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə hər kəsi şoka sala biləcək təkliflə çıxış edib. O bildirib ki, əgər qanun qəbul olunarsa və təqhriə görə cinayət məsuliyyəti aradan qaldırılarsa, onda alternativ cəza tətbiq olunmalıdır. O təklif edib ki, təhqirə yol verən jurnalist şallaqla cəzalandırılmalıdır.

Maraqlıdır ki, Rəşad Məcid təhqirə görə neçə şallaq vurulmasını göstərməyib.

Əlaqəli məqalələr

1 şərh

  1. insanlar yaşa dolduqca müdrikləşmək əvəzinə …..ötən günlərdə müzakirə edilən absurd təklifə “ölüm hökmü”nə bənzədi….Rəşad Məciddən ümumiyyətlə xoşum gəlmir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button