Türk dövlətləri birləşdi, birgə qərar verildi: “Barış Pınarı”na dəstək!

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə görüşündə imzalanan Bakı Bəyannaməsində Türkiyənin Suriyada həyata keçirdiyi “Barış Pınarı” anti-terror əməliyyatına dəstək nümayiş etdirilib.
Qaynarinfo xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Macarıstanın Baş naziri Viktor Orban və Qazaxıstanın birinci prezidenti-elbaşı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayev tərəfindən imzalanan bəyannamədə deyilir:
“Türk Şurası Türkiyənin “Barış Pınar” Hərəkatının terrorizmlə mübarizəyə, Suriyanın torpaq bütövlüyünün təmin edilməsinə, suriyalıların terrorçuların zülmündən qurtarılmasına və yerlərindən didərgin salınmış suriyalıların torpaqlarına təhlükəsiz və könüllü şəkildə geri qayıtmaları üçün şəraitin yaradılmasına qatqı verəcəyinə ümid və inancını bəyan edir”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button