Türk dünyası yasda – Abdurrəhim Heyitin zindanda ölməsi Çin rejiminin cinayətidir

Böyük ozan, uyğur türklərinin ünlü ismi Abdurrəhim Heyit həbsxanada vəfat edib. Çin hökuməti bir neçə gündür yayılan xəbəri fevralın 9-da təsdiqləyib.

Onu Çin kommunist rejiminin basqısı altında qalan uyğur türklərinin səsi adlandırırdılar. Ozan Abdurrəhim Heyit ifa etdiyi musiqilərlə Çinin bütünlüklə assimilyasiyaya məhkum etmək istədiyi 30 milyonluq uyğur türkünün qan yaddaşına xitab edir, onların milli ruhunu ölməyə qoymurdu.

Ozanın

Dedim adım – nədir dedi Heyitdir.
Dedim bəs məqamın – dedi şəhiddir
Dedim suçun nədir – dedi Türklükdür, 
Dedim peşmanmısan, o dedi yox, yox…

türküsü dillərə dastandır.

2017-ci ildə Abdurrəhim Heyit ifa etdiyi bir türküsünə görə 8 il azadlıqdan məhrum edilmişdi. Aydın idi ki, ozanın azadlığa çıxması dünyanın siyasət masasına gəlməyənə qədər mümkün olmayacaq. Məhbus kimi onun heç bir hüququ təmin edilməyib. Həbsxanada keçirdiyi 2 ildə ozana oğlu ilə cəmi 1 dəfə görüş izni verilib. Atası ilə görüşdən sonra oğlu bildirib ki, Heyit ağır işgəncələr gördüyündən səhhəti çox zəifləyib və ömrünə çox qalmayıb.

 


Ozanın vəfatı ilə bağlı xəbər bir neçə gün öncə yayılsa da, faktın dəqiqləşdirilməsi mümkün olmayıb. Ağır kommunist basqısı altında qalan Heyit ailəsinin bu haqda sorğularına cavab verilməyib. Fevralın 9-da isə hökumət faktı təsdiqləyib.

Abdurrəhim Heyitin cənazəsinin ailəsinə verilib-verilməyəcəyi də böyük sual altındadır. Faktiki hərbi rejim altında yaşamağa məhkum edilmiş uyğur türklərinin cənazə törəni keçirmələrinin yasaqlanarağı, nəşin ailəsinə xəbər verilmədən dəfn ediləcəyi ehtimalı böyükdür.

Böyük türk ozanının həbsxanada vəfat etməsini dünyanın dörd bir yanında yaşayan türk aydınları böyük kədərlə qarşılayıb. Sosial şəbəkə üzərindən Çin rejimini lənətləyən paylaşımlar edən aydınlar Türk dövlətlərini uyğur türklərinin harayına səs verməməkdə suçlayırlar.

Картинки по запросу Əbdürrəhman Heyit

Türkiyə Yazarlar Biliyinin üzvü Cemal Kurnaz başsağlığı açıqlamasında 1991-ci ildə Abdurrəhim Heyitin Türkiyəyə ilk gəlişlərindən yazıb: “1991-ci ildə ilk dəfə qarşılaşdıq. Konyanın köylərindən gələn qarayanız gənclərdən birinə bənzətdim. Eyni dil, eyni ləhcə… Demə, uyğur qardaşımızmış. Çin rejimindən qaçıb Türkiyəyə gəldiyini dedi. Yaşı gənc, yaşadığı ölkə türklük düşməni olsa da dərin zəkası, milli düşüncəsi böyük sayğıya layiqdi. 1 həftə qonağım oldu. 200-ə qədər bəstəsi olduğunu öyrəndim, səsini dinlədim. Qazi Universitetindəki dostlarımızla onun konsertini təşkil etdik. Səhnədə ilk sözü – siz Mahmud Kaşğarini tanıyırsınızmı? O mənim ulusumun atasıdır. Mən onun yurdundan gəldim – dedi. Salon onu böyük coşğu ilə qarşıladı. Söylədiyi türkülər türk damarımıza elə basmışdı ki, uzun zaman təsirindən çıxa bilmədik.

2015-ci ildə Türkiyəyə yenə gəlmişdi. Yenə konsert verdi. Millətinin hayqırtısını çatdırmaq üçün gəlmişdi… Yenə sarmaş-dolaş olduq. Ancaq qala bilmədi. Konsertdən dərhal sonra…hava limanına getməliydi… Onu ötürdüm. Orda qucaqlaşanda ikimiz də bilirdik ki, bu son görüşümüzdü.

Türkülər türklüyün qutsal mətnləri kimidir. Millətin bir çox tərifi var. Biri də belədir – bir-birindən xəbərsiz eyni türküləri söyləyən insan topluluğuna millət deyilir.

Abdurrəhim türkü bəsdələdiyi, türkü söylədiyi üçün şəhid edildi. Türkülərimiz, dilimiz kimi millətimizi bir-birinə bağlayan bir üst dildir. Dilimizi itirsək, özümüzü də itirərik. Abdurrəhim türkülər yox olmasın deyə özünü fəda etdi.

Yerin uçmaq olsun, böyük türk!”

Türkiyə Xarici İşlər Nazirliyi isə ozanın vəfatına səssiz qalmayıb. XİN sözçüsü Hami Aksoyun adından yayılan açıqlamada Çin rejimi suçlanıb: “Sincan Uyğur Muxtar Vilayətindəki uyğur türklərinin və digər müsəlman toplumlarının təməl insan haqlarını tapdalayan hərəkətləri xüsusən son 2 ildə daha da ağırlaşıb və bu məsələ beynəlxalq gündəmə daşınıb. 2017-ci ildə “Bütün dinlərin və inancların cinliləşdirilməsi” siyasətinin rəsmən elan edilməsi, uyğur türklərinin və digər müsəlman toplumların etnik, dini, mədəni kimliklərinin gözardı edilməsi üçün atılan yeni bir addımdır. Səbəbsiz həbs edilən uyğur türklərinin sayının 1 milyona çatması, onların cəza düşərgələrində, həbsxanalarda işgəncə altında saxlanması, beyinlərinin yuyulması artıq heç kimə sirr deyil. Düşərgələrdən kənarda qala bilən uyğurlar da ağır basqı altında yaşamaq məcburiyyətindədir.

Картинки по запросу Hami Aksoy

Xaricdə yaşayan uyğur soydaşlarımız və vətəndaşlarımız öz doğmalarından xəbər ala bilmirlər. Minlərlə uşaq vallideynindən uzaqlaşdırılıb, yetim qalıb. 21-ci əsrdə yenidən cəza düşərgələrinin yaradılması, Çin hökumətinin uyğur türklərinə sistemli assimilyasiya siyasəti həyata keçirməsi insanlıq üçün böyük bir utancdır. Cincan bölgəsində yaşanan fəlakətlər haqqında fikirlərimizi Çin hakimiyyətinə dəfələrlə bildirmişik. Belə bir ortamda xalq ozanı Abdurrəhim Heyitin 8 il cəzaya məhkum edildiyi həbsxanada vəfat etdiyini dərin təəssüflə öyrəndik. Bu faciə türk ictimaiyyətinin diqqətini Sincanda baş verən fəlakətə bir daha yönəldib, insan haqlarının bu şəkildə ayaqlar altına atılmasına təpkiləri daha da qüvvətlənib. Çin hakimiyyətinin bu təpkiləri diqqətə almasını gözləməkdəyik.

Abdurrəhim Heyiti və türk, müsəlman kimliyinə sahib çıxamaq uğrunda həyatını itirən bütün soydaşlarımızı rəhmətlə anırıq. Çin iqtidarını uyğur türklərinin təməl haqlarına sayğı ilə yanaşmağa, cəza düşərgələrini ləğv etməyə dəvət edirik. Beynəlxalq ictimaiyyəti və BMT Təhlükəsizlik Şurasını Sincan bölgəsindəki insanlıq faciəsinə son qoyulması üçün effektiv addımlar atmağa çağırırıq“.

Bu youtube videosu ilə Abdurrəhim Heyiti həbsxanaya və ölümə götürən türküsünü təqdim edirik.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button