Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin Vətənə quru sərhədlə keçməsinə icazə verilib

Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin Vətənə quru sərhədlə keçməsinə icazə verilib.

Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.

“Türkiyədə ikinci semestrdə təhsilin distant qaydada həyata keçirilməsi ilə bağlı qəbul edilmiş qərar səbəbindən hazırda həmin ölkədə subbakalavr, bakalavr, magistratura, doktorantura və rezidentura təhsili alan Azərbaycan vətəndaşları və onların birinci dərəcəli ailə üzvlərinin (ata/ana, ər/arvad, övladlar) tələbə biletini təqdim etməklə zəruri icazə olmadan mayın 10-dək quru sərhədlər vasitəsilə Azərbaycana daxil olmalarına icazə verilib”,- diplomatik nümayəndəliyin Türkiyədə təhsil alan tələbələrə müraciətdə qeyd olunub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button