Türkün oğlu türk olmalı…

Mirzə Sakit

Babası Türk, annesi Türk – Bu vəhdətdən doğulmalı,
Bu torpağa şahlıq edən, Türkün oğlu Türk olmalı!

Ləhcəsində sözü kirli, soy-kökündə izi kirli olan kəsin,
Utanmadan qaranlığa işıq deyən, filan oğlu filankəsin,
Repressiya sükanında “haqq” danışan bir nakəsin,
Tarixcəsi millət üçün uca səslə oxunmalı
Bu torpağa şahlıq edən, Türkün oğlu Türk olmalı!

Doxsan illik bir bayrağın sahibini kənar tutan,
Cümhuriyyət öndərinin “yoxluğuna” imza atan,
Şəxsiyətsiz ziyalılar söylədimi – Utan, utan,
Hansı haqla barmaqların o bayrağa toxunmalı?
Bu torpağa şahlıq edən, Türkün oğlu Türk olmalı!

”Enkevede” süzgəcindən puçurlanan diktatorun bələdçisi,
Qırx il qabaq Türküstana kəc baxanın köməkçisi,
“Demokratiya” pərdəsinin altındakı rus elçisi,
Qara qızıl təşnəsi tək, qızıl teştdə boğulmalı
Bu torpağa şahlıq edən, Türkün oğlu Türk olmalı!

Xaqanların taxt-tacını məngirləyən yad ünsürlər,
Alçaqları alçaqlıqla tərifləyən kəm-kəsirlər,
Öz nəslinə addım-addım yer eyləyən bəd nəsillər,
Məmləkətdən boynu qısıq köpək kimi qovulmalı
Bu torpağa şahlıq edən, Türkün oğlu Türk olmalı!

İmperiyanın əllərini sıxıb gələn fitnəkarın,
Hayastana zaman-zaman nəğmə deyən “nəğməkarın”,
“Bəstələnmiş mahnıları sirli qalan bəstəkarın”,
Gömüldüyü ləyaqətsiz xanimanı dağılmalı
Bu torpağa şahlıq edən, Türkün oğlu Türk olmalı!

Siz ey Türkün aslanları… cəngavərlər… qalxın görək,
Uzaqlaşan o yumruqlar bir-birinə yaxın gərək,
Bir həmləyə Azərbaycan öz gücünü göstərəcək,
Mənəm burda şah – deyənin, uzun burnu ovulmalı
Bu torpağa şahlıq edən, Türkün oğlu Türk olmalı!

Əliyevlərin Azərbaycana rəhbər olması imandan deyil

Vasim Məmmədəliyev

“Xural” qəzeti,

il 9, sayı: 042 (450), 25 sentyabr 2011

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button