Ukraynanın təhsil və elm naziri Bakıya gəlir

Ukraynanın təhsil və elm naziri Sergey Şkarletin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.

“Report”un Şərqi Avropa bürosunun Ukraynanın Təhsil və Elm Nazirliyindən əldə etdiyi məlumata görə, səfərin bu ilin oktyabrın sonu, noyabrın əvvəli baş tutması gözlənilir. Səfər zamanı, iki ölkə arasında elm və təhsil sahəsində bir sıra məsələlərin müzakirə olunması nəzərdə tutulub.

Qeyd edək ki, Sergey Şkarlet, 2020-ci ilin dekabrından, Ukraynanın təhsil və elm naziridir.

Nazir “Report”a müsahibəsində də vurğulamışdı ki, Ukrayna və Azərbaycan Təhsil nazirlikləri arasında, hələ 1997-ci ildə imzalanmış əməkdaşlıq sazişi, 2007-ci ildə qüvvədən düşüb, iki ölkə arasında elmi texniki əməkdaşlıq sazişi isə, 2005-ci ildən qüvvədən düşüb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button