VƏTƏN Dəyərlər Platforması təsis edildi-SİYAHI

Xural.com-a “Vətən” Dəyərlər Platformasının bəyanatı daxil olub. Platformanı təqdim edirik:

Bu gün (dünən – Red.) Azərbaycan öz tarixinin ən məsuliyyətli dövrlərindən birini yaşayır. Bu ziddiyətli və mürəkkəb mərhələdə MƏNƏVİ-ƏXLAQİ dəyərlərin, eləcə də MİLLİ DÖVLƏTÇİLİK maraqlarının qorunub yaşadılması taleyüklü məsələyə çevrilir. Dövlətinə, Xalqına, Vətəninə, nəhayət öz Milli qüruruna hörmətlə yanaşan hər bir  vətəndaş bu məsələyə ciddi önəm verməlidir. Hər kəs  (siyasi mənsubiyyətindən, milli kimliyindən, dinindən, dilindən  və dünyaduyumundan asılı olmayaraq), təkamül, həmrəylik demokratiya yolunu dövlətçiliyimizin mənəvi dayaqları qismində qəbul etməlidir.

Sirr deyil ki, xalqın mənəvi təkamülü Dövlət və Dövlətçiliyin inkişafı üçün vacib amillərdən sayılır; belə ki, əxlaqi və mental dəyərləri aşınmaya məruz qalan cəmiyyətdə xalqın proqressiv inkişafı təmin edilməz. Milli dəyərlər sistemi dağınıq olan ölkənin Dövlətçilik sistemi çökər. Bu qaçılmaz və İlahi bir qanunauyğunluqdur.

Məhz bu səbəbdən bu gün biz, mütərəqqi düşüncəli insanlarımızı, aydınlarımızı, o cümlədən Azərbaycan cəmiyyətinin bütün spektrini milli-mənəvi və əxlaqi dəyərlərin xilası yolunda iradə və qətiyyət nümayiş etdirməyə çağırırıq. Hesab edirik ki, bu gün-mənəvi deqradasiyanın kritik həddə yaxınlaşdığı, siyasi münasibətlərin (obyektiv və subyektiv səbəblərdən) gərginləşdiyi həssas zaman kəsiyində ictimai-siyasi elitanın konsensusa gəlməsi və səylərini vahid bir Güc Mərkəzi yaradılmasına yönəltməsi tarixi zərurətə çevrilib.

Biz, VƏTƏN Dəyərlər Platformasının məhz belə bir MƏRKƏZ – Azərbaycanın siyasi-ictimai həyatında birləşdirici, barışdırıcı funksiyanı yerinə yetirəcək nüfuzlu bir təşkilat kimi fəaliyyət göstərəcəyinə inanırıq. Bunun üçün biz (qanun çərçivəsində) bütün vasitə və imkanlardan istifadə edərək VDP-in qısa zaman ərzində sevilən, inanılan, ən başlıcası xalq tərəfindən dəstəklənən demokratik ictimai-siyasi güc mərkəzinə çevrilməsinə nail olacağıq.

Bu gün biz bir-birimiz haqqında danışmaqdansa, bir-birimizlə danışmalıyıq. Bizləri ayırıb incik salan məsələlərdən daha artıq, bizləri birləşdirən mətləblər ətrafında müzakirələr açmalı, debatlar aparmalıyıq.

“Zaman tərəzisi”nə xalqımızın  müqəddəratı və Dövlətimizin gələcək perspektivləri qoyulub. Artıq  psevdo-millətçiliklə, yersiz ambisiyalarla, qarşılıqlı ittihamlar, populist – konyuktur və qeyri-etik çıxışlar və s. ilə ciddi nəticələr əldə etmək mümkün deyil. Cəmiyyətimiz haqlı olaraq bütün bu neqativlərdən cana doyub. Unutmayaq ki, tarix öz taleyinə, gələcəyinə və milli müstəqilliyinə biganə qalmayan millətləri dəyərləndirir, mükafatlandırır. Başqa cür mümkün də deyil.

Və bu gün bizlər öz taleyimizin laqeyd tamaşaçısından fəal iştirakçısına çevrilməsək, heç şübhəsiz ki, qarşımıza çıxan bir sıra problemlərin faciəyə çevriləməsinin şahidi olacağıq.

Bu gün ölkə əhalisi irreal siyasi oyunlarından, eləcə də onlayn sosial-iqtisadi kataklizmlərindən yorulub, təngə gəlib. ONU daha çox məişət qayğıları, COVİD-19 qorxusu, adi dolanışıq və özünün milli əxlaqi dəyərlər sisteminin taleyi narahat edir. Bu da təbiidir; çünkü xalqın birliyinin atributu, ilk növbədə onun real vətəndaş hüquqlarının vahidliyi və bu hüquqların qorunmasına əminlikdən qaynaqlanır.

Azərbaycan burada yaşayan və bu ölkəni özünün doğma EVİ hesab edən hər bir vətəndaşın VƏTƏNİ olmalıdır və bizlər də hamılıqla bu vətənin sayılan, seçilən məmləkətlər sırasında olması, firavan yaşaması naminə, səylərimizi birləşdirməyə borcluyuq. Təzadlı görünsə də, bütün bunlar üçün bu gün dünənimizi qorumalıyıq. Əks-təqdirdə sabahımızın mövcudluğu sual altına düşə bilər. Bu baxımdan, ölkəmizin sivil dünya birliyi sıralarına öz mental keyfiyyət və dəyərləri ilə qoşulması haqda ciddi düşünməliyik. Liberal dəyərlərin təntənəsi milli dəyərlərimizin inkarı hesabına, (eləcə də əksinə), olmamalıdır və bu, birmənalı olaraq yolverilməzdir.

VƏTƏN Dəyərlər Platforması əsasən cəmiyyətin intellektual əxlaq daşıyıcılarının köməyi ilə formalaşıb təşəkkül tapacaq və təbii ki, vətənini, dövlətini göz bəbəyi kimi qorumağa hazır olan vətəndaşlarımızın iştirakı ilə mövcud olacaqdır.

VƏTƏN Dəyərlər Platforması kimlərin təşkilatı olacaq?

VƏTƏN  Dəyərlər Platforması, ilk növbədə ümummilli mənafeləri şəxsi maraqlardan uca tutanların;

–  millətini, torpağını bütöv və azad görmək istəyənlərin;

–   Qarabağın azadlığı üçün canından keçməyi özünün Alın Yazısı sayanların;

–   talançılığı, korrupsiyanı, rüşvətxorluğu və riyakarlığı insan mənəviyyatına vurulan ağır zərbə hesab edib, ona qarşı barışmaz mövqe nümayiş etdirənlərin;

– Azərbaycanın dövlətçilik maraqlarını uca tutaraq, ölkədə hökm sürən kövrək ictimai-siyasi sabitliyin həqiqi əmin-amanlığa çevrilməsinə səy göstərənlərin;

– ölkə ictimaiyyətini fəallaşdıraraq, onları demokratik mübarizəyə səfərbər edənlərin;

– ədalətsiz olaraq tənə, təhqir və təqiblərə məruz qalmış, hüquqları pozulmuş vətəndaşlara mənəvi, maddi və hüquqi yardım etmək istəyənlərin;

– mənəvi və əxlaqi keyfiyyətləri, humanizm prinsiplərini insan ömrünün qiymət meyarı sayanların;

– azad sözə , azad fikir və azad seçimə qarşı çıxanlarla mübarizə aparanların;

– indiyə qədər siyasi oyunlarda iştirak etməyən, vətəndaşlıq ləyaqətinə xələl gətirməyən, hakimiyyətə, yaxud hər hansı bir vəzifə kürsüsünə iddiası olmayanların;

– qanunun aliliyi və bərabərhüquqlu vətəndaş cəmiyyəti quruculuğu, vətəndaşların hüquq və azadlıqlarının toxunulmazlığına təminat verilməsi uğrunda, konstitusiyanın verdiyi bütün imkanlardan istifadə edərək, sivil üsullarla mücadilə aparanların;

– siyasi məkana səmimi şəkildə əxlaq, mənəviyyat və ziya gətirməyə cəhd edənlərin… DEMOKRATİK – İCTİMAİ  TƏŞKİLATIDIR.

Vətənin mənafeyini, müstəqilliyimizin və mənəvi-əxlaqi dəyərlərimizin mahiyyətini qiymətləndirən hər bir vətəndaş, hər bir fərd dərk etməlidir ki, bu gün xalqının müxalifəti, yaxud iqtidarı olmazdan əvvəl ONUN LAYİQLİ ÖVLADI olmalıdır. Və bu LAYİQLİ ÖVLAD, bu gün Tanrının buyurduqları və İNSANLIQ EKOLOGİYASININ real təhlükə qarşısında olduğunu heç bir halda iqnor etməməlidir. Azərbaycan adlı məmləkəti sevən hər kəs, nəyin bahasına olursa olsun cəmiyyəti bu təhlükədən qorumağa çalışmalıdır.

Biz bütün ölkə ictimaiyyətinə, demokratik düşərgənin birliyini istəyən ziyalı sözünü və mütərəqqi fikirləri qəbul eləyən, vətənin sevinci ilə sevinən, ağrısı ilə ağrıyan hər bir soydaşımıza, hər bir Azərbaycan vətəndaşına müraciət edirik!

İstəyirik ki, cəmiyyətimiz təlaşdan, qeyri-müəyyənlikdən azad olsun, insanlarımız öz mental şüuruna istinadən ətalətdən, ümidsizlikdən, yaltaqlıq və xofdan qurtulsun.

Biz vətəndaş sülhünün bərqərar olmasını, ölkədə əsil demokratik mühitin və azadlıq substansiyasının yaranmasını arzulayırıq.

Biz istəyirik ki, Azərbaycanda insan haqları, toplumun hüquqları tapdanmasın, millət süstlükdən qurtulub öz milli mənliyini, öz ləyaqətli və harmonik yaşam tərzini dərk etsin.

Nəhayət, biz istəyirik ki, insanlarımız demokratik, hüquqi, dünyəvi və unitar bir dövlətdə azad, firavan, qayğısız yaşamağın nə olduğunu anlasın.

İnanırıq ki, bütün bu deyilənlər əqidəmizi bölüşən, amalımız və məsləyimizlə yaşayan, təkcə sözdə deyil, işdə, əməldə də öz ləyaqətini, qürurunu və şəxsiyyətini qoruyan minlərlə, yüz minlərlə həmvətənimizin iradəsini əks etdirir. Bu cür düşünən insanların yolu HAQQ  yoludur və bu, bəlkə də yeganə İŞIQLI YOLdur.

Xalqın iradəsi müqəddəsdir. Təməli xalqın iradəsi ilə qoyulan MƏRAM insanlara MƏBƏDİN yolunu göstərər, HAQQI tanıdar.

Əziz və hörmətli vətəndaşlarımız !

VƏTƏN Dəyərlər Platforması bütün potensialını səfərbər edərək, məhz bu MƏRAMIN yolçusu olmağı düşünür və bunu özünə şərəf sanır.

Biz sizi – ruhunda, damarlarında Xalq, Dövlət və Vətən məhəbbəti daşıyan hər bir alicənab insanı, hər bir zəka sahibini bu YOLa, bu MƏRAMa dəvət edirik.

Bu çətin, ancaq  şərəfli YOLda Tanrı bizə yar olsun !

 

VƏTƏN Dəyərlər Platformasının Təşəbbüs  qrupu.

İmzalar: 

  1. Eldəniz Quliyev – Azərbaycan Ziyalılar Birliyinin sədri, yazıçı, kinodramaturq
  2. Musa Yaqub – Xalq Şairi.
  3. Məmməd İsmayıl – Şair. Türk Dünyası yazarlar və sənətkarlar Vakfının “HİZMƏT” mükafatı laureatı.
  1. Cavanşır Quliyev – Bəstəkar. Əməkdar İncəsənət xadimi.
  2. Rüstəm Behrudi – Şair.
  3. Seyran Səxavət – Yazıçı.
  4. Saday Şəkərli –  Şair.
  5. Ziyadxan Nəbibəyli – Professor. Tarix elmləri doktoru
  6. Əsədulla Qurbanov – Professor. Fəlsəfə elmləri doktoru
  7. Qurban Bayramov – Professor. Ədəbi tənqidçi
  8. Ədalət Əliyev – Professor. İqtisadiyyat və Texnika elimləri doktoru
  9. Aydın Qarabağlı – Toponimşünas alim, jurnalist.
  10. Əkrəm Bağırov – Filologiya üzrə doktor, dosent.
  11. Flora Kərimova – Respublikanın Xalq artisti.
  12. Xalidə Quliyeva – Respublikanın Xalq artisti.
  13. Həmidə Ömərova – Respublikanın Xalq artisti.
  14. Kazım Abdullayev – Respublikanın Xalq artisti
  15. Mehman Əliyev – “Turan” informasiya agentliyinin baş direktoru.
  16. Mətləb Mütəllimli – İstiqlalçı Millət vəkili.
  17. Zemfira Sadıqova –  Əməkdar artist, Prezident təqaüdçüsü.
  18. Gülzar Qurbanova – Əməkdar artist.
  19. Salamulla İsmayılov – Əməkdar artist.
  20. Akif Yusifov – Əməkdar artist
  21. Cavanşir Hadıyev – Əməkdar artist
  22. İlqar Cahangir – Əməkdar artist.
  23. Xanlar Ələkbərov – Ədliyyə generalı.
  24. Tacəddin Mehdiyev –  General-mayor. Sabiq Müdafiə Naziri.
  25. Ələkbər Ağakişiyev – ehtiyatda olan polkovnik.
  26. Fəhmin Hacıyev – ehtiyyatda olan polkovnik. Daxili qoşunların sabiq komandanı.
  1. Eldar Sabiroğlu – ehtiyatda olan polkovnik.
  2. Tofiq Məmmədov – ehtiyatda olan polkovnik (Əfqanıstan müharibəsi iştirakçısı)
  1. Ataxan Əbilov – hüquqşünas alim. ATİŞ-in həmsədri (Niderland)
  2. Namizəd Səfərov – vəkil, hüquqşünas
  3. Bəhruz Bayramov – vəkil, hüquqşünas
  4. Əlayif Həsənov – vəkil, hüquqşünas.
  5. Jalə Cəfərova – ədəbiyyatşünas , ictimai xadim
  6. Elman Mustafazadə – “Xudafərin” jurnalının baş redaktoru, ictimai xadim (Niderland)
  1. Xəqani İsmayıl – yazıçı, tarixçi-araşdırmaçı
  2. Yeganə Kərimzadə – yazıçı, ssenarist.
  3. Tofiq Həsənli – şair
  4. Mirvari Qəhrəmanlı – hüquq müdafiəçisi
  5. Əlövsət Sadıqlı – hüquq müdafiəçisi
  6. Hilal Məmmədov – hüquq müdafiəçisi, ictimai-siyasi xadim, (ATİŞ-in həmsədri).
  1. Elşən Həsənov – hüquq müdafiəçisi, “Siyasi Məhbusların Monitorinq Mərkəzi”-nin rəhbəri.
  1. Zəfər Əhmədov – hüquq müdafiəçisi
  2. Əlövsət Əliyev – hüquq müdafiəçisi
  3. Mehdibəy Səfərov – ictimai xadim  (ATİŞ-in həmsədri)
  4. Yusif Cəfərov – istefada olan hərbi zabit (Qarabağ müharibəsi veteranı)
  1. Rahim Telman Sadiqbəyli – Kinorejissor, SAMM TV-nin rəhbəri, (İsveç, Stokholm)
  1. Elşən Məmmədov – kinorejissor
  2. Mahir Dərviş – kinorejissor.
  3. Rafiq Cəlilov – Talış Mədəniyyət Mərkəzinin sədri.
  4. Rahib Ümman – Yazıçı-publisist, AYB və AJB-nin üzvü
  5. Firuz Haşımov – qocaman jurnalist
  6. Əli Əlibəyli – şair, müəllim.
  7. Yaşar Nazarov – müəllim, ədəbiyyatçı
  8. Nəsrulla Nurəliyev – Ahıl Ziyalılar Birliyinin sədri
  9. Qurban Cəbrayıl – jurnalist, “Qələm” yazarlar birliyinin sədri
  10. Cahid İmanlı – bloger
  11. Sevinc Məmmədova – şairə
  12. İlham Qəhrəman – şair
  13. Seyid Mirfeyzulla – siyasi-ictimai xadim, şair
  14. Ulduz Həşimov – müəllim, ictimai fəal
  15. Afaq Quliyeva – müəllimə
  16. Fikrət Cəfərli – siyasi- ictimai xadim
  17. Səadət Maarif – İncəsənət gimnaziyasının müəllimi, aktrisa
  18. Tahir Ağarəhimov – ictimai fəal
  19. Elnarə Eldar – ictimai fəal
  20. Şəmsəddin Allahverdiyev – alim, kənd təsərrüfatı mütəxəssisi
  21. Əyyub Kərimov – inşaatçı – mühəndis
  22. Akif Heydərli – Azərbaycan İslam Partiyasının sədr müavini
  23. Növrəstə İbrahimova – AİP Qadınlar Şurasının sədri
  24. Elmar Səmədov – AİP üzvü
  25. Rəşad Dadaşov – AİP üzvü
  26. Kərbəlayi Natiq Kərimov – AİP üzvü, (Nardaran ağsaqqallar cəmiyyətinin sədri)
  1. Fəyaz Nəbizadə –  Nardaran ağsaqqalı
  2. Vüqar Abdullayev – AİP üzvü
  3. Məmmədağa Əliyev – AİP üzvü
  4. Elyar Nəzərov – AİP üzvü
  5. Alizamin Baxış –  yazıçı-publisist.
  6. Elşad Abbasov – iqtisadçı, ictimai fəal (Peterburq).
  7. Cavanşir Əhməd – həkim, ictimai-siyasi xadim
  8. İlqar İsmayıloğlu – həkim
  9. Aqil Qazi – müəllim
  10. İltifat Rəhimzadə – siyasi-ictimai xadim
  11. Yeganə Əmiraslanova – İctimai fəal (Almaniya).
  12. Tahir Dövlətoğlu – mühəndis, ictimai fəal (Rusiya)
  13. Aydın İsayev – Qarabağ müharibəsi veteranı
  14. Natiq Babayev – Qarabağ qazisi
  15. Xoşqədəm Cəbrayıloğlu – İctimai fəal
  16. Nazilə Ağayeva – şairə
  17. Arzu İsmayılov – İctimai fəal
  18. Əvəz Temirxan – vəkil, hüquqşünas
  19. Fəxrəddin Abdullayev – hüquqşünas (Moskva)
  20. Asəf Xan Qubalı – siyasi-ictimai xadim
  21. Sakit Sabiroğlu – şair
  22. Fəxri Cəfərli – bəstəkar (Rusiya).
  23. Yaqub Babalar – jurnalist, ictimai xadim (Almaniya, Nuremberq)
  24. Əmirağa İsmiyev – ictimai fəal
  25. Nazim Qasımov – İctimai fəal
  26. Əmirxan Muradov – İctimai fəal
  27. Oqtay Əsgərov –  İctimai fəal.
  28. Vaqif Azəriyar – Kinorejissor.
  29. Anar Orucov – Kanal-13 Tv-nin rəhbəri, jurnalist.
  30. Vüqar Qasımov –  teleoperator
  31. Tariyel İbrahimov– Polkovnik-leytnant (Qarabağ müharibəsi veteranı).
  32. Elçin Rəfiyev – Qarabağ müharibəsi veteranı (baş leytnant).
  33. Zakir Əbilov – Qarabağ müharibəsi veteranı (çavuş).
  34. Taleh Əhmədov – Qarabağ müharibəsi veteranı (gizir).
  35. Novruzov Məhəmməd – Qarabağ müharibəsi veteranı (kapitan).
  36. Ramin İmanov – professor, tibb elmləri doktoru (İsveç)
  37. Əli Ağayev – ATİŞ idarə heyyətinin üzvü ( İsveç, Stokholm)

 

Qeyd:

Bəyanata qoşulmaq istəyənlər üçün siyahı açıqdır.

 

Xural.com

Əlaqəli məqalələr

1 şərh

  1. Təbrik edirəm, ürəkdən şadam ki, ziyalılarımız da vətənin və dünanın çətin vaxtlarında kənarda qalmarlar. Sizə uğurlar arzu edurəm. Allah sizə yar olsun! Əlbətdə, mən də bir ziyalı kimi istəməzdim ki, bu müqəddəs hərəkatdan kanarda qalım.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button