Vəkili Nemət Pənahlının işindən apellyasiya şikayəti veriləcək

Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı həbs olunub.

Oktyabrın 12-də Nəsimi Rayon Məhkəməsinin qərarıyla ona 30 gün inzibati həbs cəzası verilib. Bu barədə həyat yoldaşı Həcər Pənahlı bildirb.

H.Pənahlının sözlərinə görə, N.Pənahlı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis əməkdaşlarının qanuni tələbinə tabe olmamaq) maddəsilə ittiham edilib, amma bu ittihamı saxta adlandırıb.

H.Pənahlının sözlərinə görə, həyat yoldaşı oktyabrın 12-də günorta saatlarında evdən çıxıb və axşama qədər ondan bir xəbər ala bilməyiblər: “Axşam gəlmədiyini görəndə “102”yə zəng etdim, Nəsimi polisindən əlaqə saxlayıb dedilər ki, 30 sutka həbs olunub”.

H.Pənahlı hesab edir ki, polislər N.Pənahlını axşam evinə gələndə saxlayıblar. Çünki avtomobili həyətdə olub.

N.Pənahlının həbsilə bağlı hələlik rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xural.com-un verdiyi xəbərə görə, artıq Nemət Pənahlının vəkili məlum olub. Bu, Zibeydə Zəkəriyyəyevadır və o, bu gün Nemət Pənahlının 30 sutkalıq həbsindən Apellyasiya şikayəti verəcək.

Xatırlatma: N.Pənahlı 1988-ci ildə Bakının Azadlıq (o vaxtkı Lenin) meydanında keçirilən nümayişlərin aparıcısı olub.

O, 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il azadlıqdan məhrum edilmişdi. İttihamları isə qəbul etmirdi, bunu siyasi sifariş sayırdı.

O, 2016-cı il martın 17-də prezidentin verdiyi əfv fərmanı ilə vaxtından əvvəl azadlığa çıxıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button