Vahid Əhmədov ürəyindən əməliyyat olunub
Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov səhhətində yaranan problemlərə görə, xəstəxanaya yerləşdirilib.
Unikal.org xəbər verir ki, bir ay bundan əvvəl V.Əhmədov ürəyində ciddi problem yaranıb. Bakıda xəstəxanaların birinə yerləşdirilən millət vəkili ürəyindən təcili əməliyyat olunub və stend qoyulub.
Millət vəkilinin səhhəti normaldır, hazırda işinin başındadır.
Vahid Əhmədov açıqlamasında deyib ki, hazırda səhhəti normaldır, müalicəsin davam etdirir: “Ürəyimdə problem yaranmışdı. Müalicə olunuram”.