YAP virtual aləmdə rəqiblərindən güclüdür

Müsavat və AXCPnin saytı yoxdur, VHPnin isə

 Müasir zamanda günümüzü internetsiz təsəvvür etmək olmaz. Biz texnologiyanın bu üstünlüyündən müxtəlif cür istifadə edirik:  dostlarla əlaqədən tutmuş informasiya almaq, paylaşmaq, hətta onlayn alış-verişə qədər. Bəs, görəsən, internetin günümüzün əsas elementinə çevrildiyi bir vaxtda Azərbaycanda siyasi partiyalar bu texnologiyadan hansı formada yararlanırlar?

İqtidarda olan Yeni Azərbaycan Partiyası (YAP) bu sahəyə xüsusi fikir verir. Çünki YAP-ın rəsmi veb-səhifəsi var, buradan partiya  haqqında bütün  məlumatları almaq mümkündür. Səhifə öz dizaynı, tərtibatı və dolğunluğu ilə fərqlənir. Burada partiyanın tarixi haqqında məlumat əldə etməklə yanaşı, gündəlik xəbərləri də izləmək olar. YAP-ın ünvanı, əlaqə nömrələri və email poçtunu da buradan əldə edə bilərsiniz.

Müsavat partiyasının isə bu məsələ ilə bağlı gördüyü işləri elə də uğurlu hesab etmək olmaz. Müsavatın rəsmi internet səhifəsi mövcud deyil. Ancaq İsa Qəmbərin saytında Müsavatla bağlı məlumatlar əldə etmək olar. Başqanın saytının dizaynı elə də ürəkaçan deyil. Burada partiyanın qərargahının əlaqə nömrələrini tapmaq olmur.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mövcud domeni olsa da, pulu ödənilmədiyi üçün hazırda saytın istifadəsi dayandırılıb.  Partiya haqqında demək olar ki, heç bir yerdə geniş məlumat yoxdur. AXCP barəsində yalnızca vikipediyadan məlumat əldə etmək olar ki, burada da partiyanın yaranma tarixi və qərargahı barəsində bir neçə cümlə ilə kifayətləniblər.

Vətəndaş Həmrəyliyi Partiyasının isə 2 saytı fəaliyyət göstərir. Dizaynı o qədər ürəkaçan olmasa da, partiyanın tarixi, strukturu, funksionerləri və partiya sədri haqqında geniş bilgiləri almaq mümkündür. Gündəlik partiya xəbərlərinin yerləşdirildiyi saytda daha çox Güney mövzusuna diqqət ayrılır. Bundan əlavə, partiya sədri Sabir Rüstəmxanlının da ayrıca saytı var, amma çox passiv fəaliyyət göstərir.

 Rövşən Danyeri

“Xural” qəzeti,

il 9, sayı: 056 (465), 10 oktyabr 2011

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button