Yaqub Eyyubovun oğlunun bankdakı bir milyard dolları donduruldu

Yaqub Eyyubovun oğlunun bankdakı bir milyard dolları donduruldu

Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubovun oğlunun hesabına stop qoyulub.  

Unikal.az xəbər verir ki, Yaqub Eyyubovun ölkədən çıxararaq Latviyanın paytaxtı Riqa şəhərindəki bankda oğlunun adına qoyduğu bir milyard dollar vəsait dondurulub.

Qeyd edilir ki, Yaqub Eyyubov baş nazirin birinci müavini kimi hökumətin Silahlı Qüvvələrə nəzarət edən mühüm şəxsidir. O hərbi təlimlərdə, eləcə də bir sıra yoxlama-nəzarət prosesində iştirak edib

Onu da qeyd edək ki, bir müddət öncə Müdafiə Nazirliyinin Maliyyə idarəsinin bir neçə yüksək rütbəli zabitləri külli miqdarda vəsaitin mənimsənilməsi ilə bağlı həbs edilib.

Xatırladaq ki, 2018-ci ilin oktyabrında Azərbaycan Prezidenti İlham Əliyev Yaqub Eyyubovun oğlu Emin Eyyubovun Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button