Yol Polisinin cərimə meydançasında 50-dən çox avtomobil yandı

‘Yanan avtomobillər qəzaya uğramış və istismara yararsız olublar”

Baş Dövlət Yol Polisi İdarəsinə məxsus 11 saylı cərimə meydançasında baş verən yanğın nəticəsində 50-dən çox avtomobil yanıb.

3 hektara yaxın ərazidə quru otluq sahənin yandığı bildirilib.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov bildirib ki, təxminən 3-4 hektar ərazidə quru ot və qəzaya uğramış, istismara yararsız avtomobillər yanıb.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

Fövqəladə Hallar Nazirliyinin yanğınla bağlı yaydığı məlumatda bildirilir ki, Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağında baş vermiş yanğın saat 15:11 dəqiqədə nazirliyin qüvvə və vasitələri tərəfindən söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button