Zeynəb Xanlarova Flora Kərimovaya efirləri qadağan etdirdi-ŞOK

Xalq artisti, korifey sənətkar Flora Kərimovanın son vaxtlar efirlərdə görünməməsi onu sevənlərin narahatığına səbəb olub. İddialara görə, F.Kərimovanın TV-lərə dəvət almamasına səbəb onun millət vəkili, xalq artisti Zeynəb Xanlarovanı tənqid etməsi ilə əlaqədardır. Bu tənqidlərə görə F.Kərimovaya efir qadağası qoyulub.
Kult.az-a açıqlama verən xalq artisti Flora Kərimova faktı təsdiqləyib. Sənətkarın sözlərinə görə, o, artıq iki ildir ki, efirə çıxmır:
“Mən artıq iki ildir efirlərdə yoxam. Nə danışım ki, indi? Bu qadağanı mənə millət vəkili Zeynəb Xanlarova qoyub. Mən millətim üçün, xalqım üçün oxuyuram. Azərbaycan mənim arxamda deyil, önümdədir. Mənim 77 yaşım var. İndi mənim efir üstündə kiminləsə mübahisə edən yaşım deyil”.
F.Kərimova bildirib ki, ailəsinə və övladlarına qarşı deyilən sözlərə susa bilməz:
“Mən ailəm, övladlarım haqqında deyilən sözləri qəbul edə, uda, bağışlaya bilmərəm. Mən illərlə nə təhqirlərə məruz qaldım. İnsana bu qədər dağ çəkmək olar? Bu qədər sözlər deyilir ünvanıma, necə cavab verməyim? Axı mənim övladlarım var. Mən olmayandan sonra onları necə qoyum bu sözlər, suallar qarşısında?”
Sevilən sənətkar efir qadağasına görə heç kəsdən incimədiyini bildirib:
“Mən buna görə heç bir kanaldan, televiziya rəhbərindən, saytlardan incimirəm. Hansısa kanal rəhbərinin dalınca danışmamışam, danışmaram. Çünki hər bir kanaldan mən çox hörmət görmüşəm. Amma indi heç bir efirdən dəvət almıram. Bundan öncə də dəfələrlə belə hallar olub. TV-lər qadağa qoyub, efirə dəvət etməyiblər. Sonra yenidən özləri bu qadağanı qaldırıb və dəvət ediblər məni. Bunun üçün mən özüm nə isə etməmişəm. Mən cavan vaxtlarımda da efir davası etməmişəm. Özləri çıxarıblar, sonra özləri dəvət ediblər. Mən nə deyə bilərəm ki?”

 

Əlaqəli məqalələr

1 şərh

  1. Lap yaxşı edib Zeynəb Xanlarova. Adama deyərlər ki, sənə kim ixtiyar verib ki, ağzından çıxan sözü qulaqın eşitmir Flora Kərimova. Heç kim Xanlarovanı təhqir edə bilməz. Nə gücü çatmaz nədəki mənəvi haqqı yoxdur. Milli korifeyimizdi. Nə beş dəfə ərə getməyib, nədəki 80 yaşında Kərimova kimi efirlərdə nəvəsi yaşında oğlanlarla bir birinə sarılıb rəqs etmir. Tarixi yadından deyəsən çıcıb. Ən sonuncu ərini boşatmağı və ona ərə getməyi, xristian polyaka ərə getməyi, bu yaxında Brinlyat Dadaşovanın erməni dostunu müdafiə etməsi, 1992-ci ildə həyasızlara qoşularaq Azərbaycanda xaos yaratmasını, 1993-cü ildə Səbail Seçki mərkəzində seçki zamanı çıxartdığı oyunu, ANS TV-də başqa dövlətin bayraqını ayaqı altına salaraq tapdalamağı, Amalya Pənahovanı, Aygün, Faiq, Rasim Balayev və kimləri təhqir etməsi, “cənnət” deyilən insan ümüdlərinə qarşı çıxmasını və nələr sadalamaq olar. Noyabrın 26-da ARB kanalında Rövşanənin qonağı isi. Hiss olunurduki, çox xəstədi. Danışa bilmir, üzü gözü şişib. Allah şəfasını versin. 15 il əvvəl yazılan mahnıya ağzını açıb bağlayırdı, ağlayırdı, bilmirdi nə danışırdı. Amma Zeynəb Xanlarova 81 yaşında bu ay İstanbulda solo konserti verəcək, canlı ifa ilə. İnana bilmirəm Flora Zeynəbə qarşı gedə. Zeynəb Xanlarova nə isə hökumətə, məmurlara qarşı çıxan kimi Flora başlayır deyinməyə. Demək sponsorları Zeynəbin tənqid etdiyi məmurlardı. Vəssalam. Yoxsa onun Zeynəbə dil uzatmağa gücü çatmaz. Bu yaşında Flora və Zeynəb sevərlər arasında itriqa yaradıb. Yazıqlar olsun. Hər iki sənətkar xalq qarşısında sözünü deyib. Amma Xanlarova deyilən zirvə var. Bu zirvəni hamımızda bilirik və fəxr edirik ki var mövcuddur. Bu Zeynəbdi, qəlbdi, sevincdi, nəğmə, milli azəri övladıdı, çoxununda sevimlisidi. Xahiş edirəm artıq şərh mənə yazmayın. Bu mənim haqqımdı dedim. İndidən səslənirəm kimki məni təhqir edirsə özünə aiddi təhqiri.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button