Əlizadə Aysel Alim qızının müşahidəçiləri təlim keçdilər

aysel25-3

xural.com-a daxil olan məlumata görə, 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Əlizadə Aysel Alim qızının müşahidəçiləri üçün təlim keçirilib. Xanım namizədin seçki qərargahında baş tutan təlimə seçkilər üzrə mütəxəssis Namaz Kərimov spikerlik edib. Təlimdə iki qrupdan ibarət müşahidəçi heyəti iştirak edib.

Müşahidəçilərin qanunvericiliyə uyğun səlahiyyətləri barədə informasiya verən təlimçi onlara qarşılaşa biləcəkləri problemli situasiyalarda necə davranmalı olduqlarını izah edib.

Təlimçi sonra müşahidəçilərin suallarını cavablandırıb.

Aysel Əlizadənin seçki qərargahında məşvərətçi səs hüquqlu müşahidəçilər, vəkillər və Dairə Seçki Komissiyası tərəfindən qeydə alınan müşahidəçilər üçün təlimlər seçki gününə qədər davam edəcək.

aysel25-1 aysel25-2 aysel25-3 aysel25-4

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button