Əvvəlkinə nisbətən 2.5 saat az işləyəcəklər

is yeri

Venesuela ötən il olduğu kimi, bu il də elektrik enerjisinə qənaət məqsədilə dövlət məmurları üçün qısaldılmış iş günü rejiminə keçir.

Strateq.az azertag.az-a istinadən xəbər verir ki, ölkə prezidentinin göstərişinə əsasən, məmurlar və digər dövlət işçiləri bundan sonra yerli vaxtla səhər saat 7:30-dan günorta 13:00-dək, yəni əvvəlkinə nisbətən 2,5 saat az işləyəcəklər.

Qısaldılmış iş günü rejimi əhaliyə xidmət göstərən müəssisələrə, dövlətin fəaliyyəti üçün vacib işlərin görüldüyü sektorlara, həmçinin müəyyən qurumların rəhbər heyətinə şamil edilmir.

Bir müddət əvvəl hökumət ticarət mərkəzləri və kinoteatrlara özlərini avtogenerasiya vasitələri ilə qismən elektriklə təmin etməyi tapşıraraq, onlara elektrik enerjisi verilişini məhdudlaşdırıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button