Əllərinizi «Azad Mətbuat»dan çəkin!

Teylor Fətişoğlu
Bakı İstintaq Təcridxanasından

Heç olmasa, «Yeni Müsavat»ı qoruyaq

Şər makinası yenə öz işindədəir. Ölkənin bulanq sularında balıq tutmağa öyrənmiş məmurları azad mətbuatın son qalarlarından olan «Yeni Müsavat» qəzetini ağlagəlməz cərimələrlə susdurmaq, iflic vəziyyətinə salıb, sradan çıxarmaq istəyirlər. Kabinet generalları və büdcə talamaları, ağlagəlməz layihələrə xərclənən astronomik məbləğli pulların mənimsənilməsi – korrupsiya ilə oliqarxlanmış məmurların «Yeni Müsavat» qəzetinə qarşı açdıqları davalarda tələb olunan paraların rəqəmlərini görəndə məəttəl qalırsan. Milyonlarla ölçülən təzminat davalarını utanmadan əllərində dstəvuz edib, məhkəmə qapılarını yağır edən Müdafiə Nazirliyinin milliyyətləri bilinməyən, çiyinlərindəki qoşa-qoşa ulduzlarla rütbədə Hitler boyda «nəhəng»in dişindən-dırnağınadək silahlanmış ordusunu az qala yalın əllə tarixə hopturub məhv etmiş rhmətlik Stalini ötüb, keçmiş bizim generallar görən heç qalib erməni ordusunun müdafiə naziri Ohanyan Vahid Qazi demişkən mənim ruhlar şəhərinə çevrilmiş yaralı Ağdamımdan tankın belindən bizə hərbə-zorba gələndə utanırlarmı?
22 illik ağır zəhmətinə, ağlagəlməz sınaqların, əzab-əziyyətin, məhrumiyyətlərin, alın-tərinin, nəmli həbsxana divarlarının barı-bəhrəsi olan türkçülük ideologiyasının əsas daşıyıcılarından olan, azad mətbuatın son qalalarından biri «Yeni müsavat» qəzetinə və şəxsən təpədən-dırnağadək, iliyində türk millətinin qanı olan Rauf Arifoğluna ağlasığmaz təzminat davaları ilə səlib yürüşünə çıxanlara, əmri verənlərin erməni-xristian qarışıqlıların yad qafalıların olduğu gün kimi məlumdur.
Xalqını, millətini, azad fikir ideyalarını canından artıq sevən «Xural» ailəsinin qurucu, həbsdə bir yerdə olduğumdan hər gün bir az artıq tanıyaraq özüm qədər xətrini çox istədiyim, əsl türk kişisi Əvəz Zeynallını qadın-deputat vasitəsilə şərlədib, həbsə atdıran şər makinası eyni mərkəzdən idarə olunduğundan eyni hirs və hikkəylə bir az da fərqli hücum fomasında başqa bir türk kişisinin Rauf Arifoğlunun üzərinə gedərək onun və hamımızın sevimlisi «Yeni Müsavt»ın timsalında «Azadlıq» və digər azad mətbuatın son qalalarının susdurulmasını hədəfləyib. Əgər «Yeni Müsavat» da «Xural»ın taleyini yaşayarsa, onda üz tutulası, imdad dilənəsi daha bir azad mətbuat ocağını söndürməklə cəmiyyəti daha böyük faciələrə sürükləyəcəklər.Mən də azad mətbuatın, «Xural» ailəsinin bir üzvü – köşə yazarı olaraq, hansı durumda olmalarınan asılı olmayaraq bütün insanları «Yeni Müsavat»a dəstək kampaniyasına qoşulmağa çağırıram. Gəlin Əvəz Zeynallını və onun canından artq sevdiyi, böyük gələcəyin ideyalarının daşıyıcısı olan «Xural»ın, «Azadlığ»ı azad sözün təşnəsi olan, ləyaqətli imza sahibi, böyük türk kişisi Qənimət Zahidi, Rauf Arifoğlunu və onun dişi-dırnağı ilə ərsəyə gətirdiyi «yeni Müsavat» qəzetini yadnəfəslilərdən, türk millətini ağır fəlakətə sürükləməkdə israrlı olan səlahiyyətlilərdən qoruyaq. Heç olmasa, bu dəfə gecikməyək. Sonrakı faciələrimizin fərqinə indidən varaq. Hələ yolun sonu deyil.

23.11.2011

P.S. Məmləkətdə qaraguruh tərəfindən planlaşdırılmış, muzdlu qatillərin fəallaşdırılılmaları nəticəsində reallaşan ucuz ölümlər seriyasına yenə start verildi. Məhbəsdə , istedadlı yazıçı-publisist, gözəl həkim, dəyərli ziyalı Rafiq tağının qətli xəbərindən çox üzüldük. Bu ağır faciəyə görə bütün Azərbaycan xalqına, mərhumun əzizlərinə, yaxınlarına, ailəsinə dərin hüznlə başsağlığı verərək, böyük Yaradandan onlara səbr diləyirəm.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button