Azərbaycan Tibb Universitetində dil-treninq təlimlərinə hazırlıq başlanıb

1 (13)ATU-da TEMPUS layihəsi çərçivəsində dil-treninq təlimlərinə hazırlıq başlanıb

xural.com-un ATU-nun mətbuat xidmətinin verdiyi məlumata görə, Azərbaycan Tibb Universitetində (ATU) TEMPUS layihəsi çərçivəsində FLEPP (Foreign Languages Education for Professional Purposes) dil-treninq təlimlərinə hazırlıq başlanıb.  Belə ki, layihə çərçivəsində ATU-da yeni avadanlıqlarla təchiz olunmuş otaq yaradılıb. Bu otaqda yeni multimediya sistemi quraşdırılıb, tədrisin müasirləşdirilməsi üçün bütün lazımi avadanlıqlar alınıb.

ATU – nun  rektoru,  akademik Əhliman Əmiraslanov  bu gün yeni yaradılan otaqla tanış olub. O, gələcəkdə Tibb Universitetində  daha  bir belə otağın yaradılmasının nəzərdə tutulduğunu qeyd edib.

ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Rəhimə Qabulovanın sözlərinə görə, bu layihə artıq iki ildir ki, davam edir: “ATU da sözügedən layihənin iştirakçısıdır. Layihə çərçivəsində bizim universitetin müəllimləri digər ali təhsil ocaqlarının müəllimləri ilə bərabər xarici ölkədə dil kursları keçirlər. Layihənin məqsədi Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə xarici dil tədrisinin səviyyəsini yüksəltməkdir”.

xural.com

1 (12)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button