Dindarlar İsrailin Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirdilər -FOTO
xural.com-un apa.az-a istinadən verdiyi məlumata görə, bir qrup dindar “Beynəlxalq Qüds günü” münasibətilə bu gün səhər saatlarında səfirlik qarşısında aksiya keçirməyə cəhd göstərib.
Qeyd edək ki, 4 il əvvəl avqustun 27-də keçirilən eyni tələbli aksiyada
40-a yaxın dindar iştirak etmişdi. Aksiya iştirakçıları “İsrail məhv olsun, Qarabağ azad olsun”, “İsrail məhv olsun, məhbuslar azad olsun” şüarları səsləndirmişdilər.
İsrail dövlətinin yarandığı gündən müsəlmanlara qarşı zülm və terrorlarına etiraz edən dindarlar, bu cür etiraz aksiyaları ilə dünyaya müsəlmanların həmrəyliyini nümayiş etdirmək və beynəlxalq terrora etiraz etmək istəyiblər.
Polis razılaşdırılmamış aksiyanın keçirilməsinə imkan verməyib.