Ədliyyə generalı işdən çıxıb, yoxsa məzuniyyətə göndərilib?
Ədliyyə Nazirliyinin baş idarə rəisi işdən azad olunub.
Bu haqda məlumatı Unikal.org saytı yayıb. Saytın məlumatına görə, Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi – Baş icra məmuru, III dərəcəli dövlət ədliyyə müşaviri Xanlar Zeynal oğlu Zeynalov 18 mart 2016-cı il tarixdə vəzifəsindən uzaqlaşdırılıb.
X.Zeynalovu Bakı Apellyasiya Məhkəməsinin hakimi Nurəddin Mustafayev əvəz edir.
Məsələ ilə bağlı unikal.org-a açıqlama verən Xanlar Zeynalov işdən çıxması ilə bağlı bunları deyib: “Mən uzunmüddətli məzuniyyətə çıxmışam. Mart ayının 19-da işçiləri yığdım, onlarla sağollaşdım və işlərində möhkəm olmağı tövsiyə etdim. Məni Bakı Apelliyasiya Məhkəməsinin hakimi Nurəddin Mustafayev əvəz edəcək. O, əvvəllər Sabail Rayon İcra şöbəsinin rəisi vəzifəsində çalışıb”.
Xural.com strateq.az-a istinadən bildirir ki, Xanlar Zeynalov vaxtilə polis sistemində işləyib, Ədliyyə Nazirliyinə də polisdən gedib. Bir müddət əvvəl mətbuatda onun fəaliyyəti ilə bağlı xeyli tənqidi materiallar yayılıb.