ADR-dən bəyanat: “Natiq Cəfərlinin həbsi repressiyaların davamıdır”

ADR Hərəkatının Natiq Cəfərlinin həbsi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı avqustun 12-də REAL Hərəkatının icraçı katibi Natiq Cəfərlinin həbsini onun ictimai-siyası və sosial-iqtisadi sahədəki çıxışları ilə əlaqələndirir və həbsi qəti olaraq pisləyir. ADR Hərəkatı hesab edir ki, bu həbs son illər ictimai fəallara, xüsusilə də yerli vətəndaş cəmiyyəti institutlarının tanınmış nümayəndələrinə tətbiq edilən təzyiq və repressiyaların davamıdır. ADR Hərəkatı bəyan edir ki, bu istiqamətdə baş verənlər siyası hakimiyyətin alternativ və tənqidi fikirlərə dözümsüzlüyünün nəticəsidir və bu, bir daha göstərir ki, bir sıra qeyri-hökumət təşkilatlarına qarşı 2014-cü ildən başlanan cinayət işi davam edir. Odur ki, ADR Hərəkatı siyasi hakimiyyəti vətəndaş cəmiyyəti institutlarının tanınmış nümayəndələrinə, ictimai-siyasi fəallara qarşı əsassız təqiblərə son qoymağa, siyasi motivlərlə həbs olunanları və REAL Hərəkatının icraçı katibi Natiq Cəfərlini dərhal azad etməyə çağırır.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button