AGBank-ın nizamnamə kapitalı 10 milyon manat artırılır

agbank

Fitch Ratings” agentliyinin “AGBank” ASC –nin reytinqinin aşağı salması barədə yayılan məlumata bankın açıqlaması

“Fitch Ratings” agentliyinin “AGBank” ASC–nin reytinqinin aşağı salması barədə yayılan məlumata bankın İdarə Heyətinin sədrinin müavini Əfqan Cəlilov münasibət bildirib. xural.com-a bankdan daxil olan açıqlamada deyilir: “Həqiqətən, devalvasiyanın nəticəsi olaraq bankın mənfəət göstəriciləri nisbətən pisləşmişdir və bu  faktor bankın ümumi kapitalına təsir göstərməmiş olmadı. Yaranmış vəziyyəti nəzərə alaraq cari ilin 18 sentyabr tarixində “AGBank” ASC-nin səhmdarlarının ümumi yığıncağı təşkil olunmuşdur və burada bankın nizamnamə kapitalının mərhələli şəkildə 10.000.000 (on milyon) manat artırılması qərara alınmışdır. Bu proses artıq həyata keçirilməyə başlayıb və növbəti ilin əvvəlində bankın məcmu kapitalı qəbul edilmiş normativlərə uyğunlaşacaqdır . Eyni zamanda, onu da vurğulamaq istərdim ki, AGBank-ın cari ilin sonuna qədər gözlənilən mənfəəti məcmu kapitala yönəldiləcəkdir”.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button